Icma.az
close
up
RU
Putin İranla nüvə müzakirələrində Trampa kömək edəcək

Putin İranla nüvə müzakirələrində Trampa kömək edəcək

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Rusiya prezident Vladimir Putin Donald Trampın administrasiyasına İran İslam Respublikasının nüvə proqramı və onun regional anti-amerikan müvəkkillərinə dəstəyi ilə bağlı danışıqlarda kömək etməyə razılaşıb.
Reyting.az
bildirir ki, bu barədə “Bloomberg”-ə vəziyyətlə tanış olan şəxslər məlumat veriblər.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp fevral ayında telefon danışığında bu marağı birbaşa Vladimir Putinə çatdırıb və bir neçə gün sonra onun administrasiyasındakı rəsmilər məsələni Səudiyyə Ərəbistanındakı danışıqlarda rusiyalı həmkarları ilə müzakirə ediblər.
Nə Rusiya, nə də İran açıq şəkildə sorğunu təsdiq və ya təkzib etməyib.
Kremlin sözçüsü Dmitri Peskov “Bloomberg”-in sualına cavab olaraq, "Rusiya hesab edir ki, ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir" və Moskva "bu məqsədə çatmaq üçün əlindən gələni etməyə hazırdır", - deyib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Tehran və Vaşinqton arasında vasitəçilik təklif edib-etməməsi ilə bağlı suala “ölkələrin yardım təklif etməsi “təbii”dir”, - cavabını verib.
“Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalılarla Səudiyyə Ərəbistanında görüşün təfərrüatlarını iranlı həmkarı Abbas Əraqçi ilə Tehranda görüşərkən bölüşüb”, -deyə Əraqçi görüşdən mətbuat konfransında bildirib.
Qeyd edək ki, Tramp Ağ evə qayıtdıqdan sonra İranla bağlı qarışıq siqnallar verir O, sanksiyaların yenidən tətbiqi və İranın təhlükəsizlik qüvvələrini hədəfə alması da daxil olmaqla, birinci müddətində “maksimum təzyiq” siyasətinə qayıtmaq niyyətində olduğunu söyləyib. Lakin Tramp həm də deyib ki, “İranla təsdiqlənmiş nüvə sülh sazişi” üzərində “dərhal” işə başlamaq istəyir.
ABŞ-nın sərt sanksiyaları altında olan iki ölkə kimi Rusiya və İran ticarət və enerji, eləcə də təhlükəsizlik, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsində İranın çoxlu sayda pilotsuz təyyarələrindən istifadə etməsi sahəsində əməkdaşlığı dərinləşdirib.
Lakin Tehranın ABŞ-nın Rusiya vasitəsilə gələcək hər hansı təklifini nə dərəcədə qəbul edəcəyi bəlli deyil. İranın SEPAH və məhkəmə sistemi kimi güclü qurumlarına hakim olan bir çox sərt xətt tərəfdarları açıq şəkildə Vaşinqtonla əlaqəyə qarşı çıxırlar.
Onu da xatırladaq ki, keçən ay Ali Rəhbər Ayətullah Əli Xamnəi demişdi ki, Trampa etibar etmək olmaz, çünki o, Obama dövründə imzalanmış nüvə sazişindən birinci dövründə çıxıb.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Mart 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri