Icma.az
close
up
RU
Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib

Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva, 19 iyun, AZƏRTAC

“İsrail və İran arasında mövcud münaqişənin dayandırılması yolları bütün tərəflərin iştirakı ilə aparılmalıdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

Rusiya lideri hər iki tərəfin maraqlarını təmin edən həll yollarının tapılmasının vacibliyini vurğulayıb. Putin qeyd edib ki, bu həllər eyni zamanda İranın sülh məqsədli nüvə energetikasını inkişaf etdirmək hüququnu tanımalı, həm də İsrailin yəhudi dövləti kimi təhlükəsizliyinə təminat verməlidir.

“Bu, çox incə bir məsələdir və ona son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Lakin mənim fikrimcə, ümumilikdə belə bir həll mümkündür”, – deyə o qeyd edib.

Vladimir Putin xatırladıb ki, Rusiya İranın Buşehr atom elektrik stansiyasının tikintisini başa çatdırıb və daha iki enerji blokunun inşası ilə bağlı müqavilə imzalayıb. Onun sözlərinə görə, Rusiya ilə İran arasında mövcud olan qarşılıqlı etimad bu sahədə əməkdaşlığı davam etdirməyə imkan verir.

Rusiya Prezidenti həmçinin bildirib ki, münaqişənin mümkün həlli yolları ABŞ, İsrail və İran tərəfinə çatdırılıb. “Biz heç kəsə heç nəyi zorla qəbul etdirmirik, sadəcə olaraq vəziyyətdən çıxışla bağlı öz baxışlarımızı bölüşürük”, – deyə o əlavə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 02:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri