Putin Kremldə KXDR XİN başçısı ilə görüşüb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Hini Kremlin nümayəndəlik kabinetində qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Putin Rusiyada işgüzar səfərdə olan Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Tsoy Son Hini Kremldə qəbul edib”, - mətbuat katibi deyib.
Tsoy Son Hi görüşə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib və KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen Inın səmimi salamlarını çatdırıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tsoy Son Hinin səfərinin iyunda Pxenyanda Rusiya-Koreya sammiti zamanı əldə olunmuş razılaşmaya uyğun olaraq həyata keçirildiyini qeyd etmişdi.
Baxış sayı:140
Bu xəbər 04 Noyabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















