Putin Merkelin üstünə qəsdən it salıb?
Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya prezidenti Vladimir Putin Almaniyanın sabiq kansleri Angela Merkelin kitabında Moskvada səfərdə olarkən Putinin onu qəsdən Labrador Koni iti ilə qorxutduğu barədə yazdıqlarına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin yekunlarına dair mətbuat konfransında Putin Merkelin itlərdən qorxduğunu bilmədiyini söyləyib.
"Mən onun itlərdən qorxduğunu bilmirdim, Bilsəydim, bunu heç vaxt etməzdim, əksinə, rahat, xoş bir atmosfer yaratmaq istəyirdim. Mən Almaniyada yaşamışam, hardasa 5 il və bilirəm ki, orada ev itlərinə pozitiv yanaşırlar. Buna əsaslanmışdım. Mən sonradan məsələni biləndə, Merkeldən üzr istədim. Dedim ki, Angela, bağışla, mən bilmirdim", - deyə Rusiya prezidenti vurğulayıb.
Qeyd edək ki, Merkel kitabında 2007-ci ildə Moskvada səfərdə olarkən Putinin onu qəsdən Labrador Koni iti ilə qorxutduğunu yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















