Azərbaycan aviasiya nəqliyyat dəhlizinin bir hissəsinə çevrilir
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Azərbaycan qarşıdakı illərdə dünyada artan tələbat olacaq dayanıqlı aviasiya yanacağının (SAF) istehsalını qurmaq imkanı əldə edib.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman bildirib.
Onun sözlərinə görə, SAF istehsalının genişləndirilməsi sıfır emissiyaya nail olmaq üçün əsas elementdir. SAF-ın payının artırılması Aİ-nin yeni reqlamenti - Azərbaycanın AZAL aviaşirkətinin artıq qoşulduğu ReFuelEU Aviation ilə nəzərdə tutulub.
Bu təşəbbüs Bakının Avropanın ekoloji layihələrinə inteqrasiyasını təmin edir və Azərbaycanı Rusiyadan yan keçən aviasiya nəqliyyat dəhlizinin bir hissəsinə çevirir.
Yaşıl enerji azsaylı sektorlardan biridir ki, burada Azərbaycanl əhəmiyyətli investisiyalar əldə edə bilir. Belə ki, 2024-cü ildə AYİB-in Xəzəryanı respublikaya qoyduğu bütün investisiyaların 80%-i xüsusi olaraq yaşıl enerjiyə yönəldilib.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 08 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















