Putin növbəti dəfə Hər şey nəzarət altındadır dedi VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə ictimaiyyət qarşısına çıxaraq Rusiyanın Ukraynadakı hərbi əməliyyatları və Qərblə münasibətləri barədə rəsmi bəyanatlarını səsləndirib. Rusiya lideri ölkədə hər şeyin tam nəzarət altında olduğunu iddia edib.
Bizim.Media xəbər verir ki, Putinin sözlərinə görə, Qərb dövlətləri Rusiyanı döyüş meydanında məğlub etmək gücündə deyillər. O, Ukrayna ordusunun (Kiyevin) cəbhə xətti boyu geri çəkildiyini iddia edərək, Rusiyanı "həmişə şərin yolunu kəsən" qlobal amil kimi sıradan çıxarmağa çalışdıqlarını bildirib:
"Rusiyanı dişə vurmağa çalışırlar... Biz hazırkı vəziyyəti nəzərə alaraq xüsusi hərbi əməliyyatın bəzi planlarına düzəlişlər edirik, lakin bütün strateji hədəflər mütləq reallaşdırılacaq".
Xatırladaq ki, müharibənin ilkin mərhələlərində Kremlə yaxın siyasi dairələr və hərbi ekspertlər tərəfindən planın ilkin versiyası qeyri-rəsmi olaraq "3 günə Kiyev" kimi təqdim olunsa da, hazırda münaqişə uzunmüddətli və tükəndirici müharibə xarakteri alıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 İyun 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















