Icma.az
close
up
RU
Putin nüvə alimləri ilə GİZLİ GÖRÜŞ KEÇİRDİ: Dəhşətli silahla bağlı MÜZAKİRƏ APARDI

Putin nüvə alimləri ilə GİZLİ GÖRÜŞ KEÇİRDİ: Dəhşətli silahla bağlı MÜZAKİRƏ APARDI

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya prezidenti Vladimir Putin cümə günü Rusiya nüvə sənayesinin mərkəzi və ilk sovet atom bombasının "vətəni" olan Sarova səfər edib. Burada onun rəsmi proqramına daxil olmayan qapalı iclas keçirildiyi bildirilib.

Bu barədə Rusiya dövlət başçısını müşayiət edən “Kommersant”ın jurnalisti Andrey Kolesnikov məlumat verib.

Kolesnikov qeyd edib ki, görüşdə Putinin 2018-ci ildə elan etdiyi “Burevestnik” nüvə raketinin sınaqları müzakirə olunub. Əsas mövzu raketin 2025-ci ildə istifadəyə verilməsi ehtimalı olub.

Gizli iclasın maraqlı tərəfi isə onun “Novaya Zemlya” adasında raketin sınaqlarından bir neçə gün sonra keçirilməsidir. CNA analitik şirkətinin nüvə silahı üzrə ekspertləri Decker Eveleth və Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristiansen daha əvvəl peyk görüntülərinə əsaslanaraq raketin buraxılışı ilə bağlı xəbərdarlıq etmişdilər. Həmçinin, qarşıdan gələn buraxılış haqqında məlumat Qərb ölkələrindən birinin kəşfiyyat mənbəsi tərəfindən "Reuters" agentliyinə təsdiqlənib.

Sınaqlar 9–22 avqust tarixləri arasında nəzərdə tutulmuşdu. Bu müddət ərzində Rusiya pilotlara “Novaya Zemlya” ərazisində hava məkanından uzaq durmaq barədə bir neçə xəbərdarlıq (NOTAM) yayıb. Testin Pankovo poliqonunda necə başa çatdığı isə hələ məlum deyil.

Kaliforniyadakı Middlebury Beynəlxalq Araşdırmalar İnstitutundan Cefri Lyuis peyk məlumatlarına istinad edərək bildirib ki, “Burevestnik”in buraxılışı ilə bağlı dəqiq nəticə məlum deyil.

Qərb kəşfiyyatına görə, “Burevestnik” raketi indiyədək ən azı 13 dəfə buraxılıb. Yalnız iki sınaq qismən uğurlu olub, birində isə faciə baş verib. 2019-cu ildə raket Barents dənizinə düşüb, çıxarılması zamanı baş verən partlayış nəticəsində Sarovdakı nüvə mərkəzinin əməkdaşları da daxil olmaqla 7 nəfər həlak olub. Partlayışın yaratdığı radiasiya buludu isə Severodvinski əhatə edib və Skandinaviyaya qədər çatıb.

Rusiya əvvəlki sınağı 2023-cü ilin oktyabrında həyata keçirib, Putin isə sınağın “uğurlu” olduğunu və layihə üzərində işlərin “demək olar ki, tamamlandığını” açıqlayıb.

Xatırladaq ki, 2020-ci ilin yayında ABŞ-ın silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli Moskvanı raketin təhlükəli sınaqlarını dayandırmağa çağırıb. Senatda çıxış edən Billinqs bunu “uçan Çernobıl” adlandırıb. Belə ki, sınaqda nüvə başlığı ilə yanaşı, nüvə yanacağının da istifadə olunması uçuş zamanı radiasiya izi buraxa bilər və mümkün qəza ərazinin ciddi çirklənməsinə səbəb ola bilər. \\Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Avqust 2025 05:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri