Putin paradda təxribat olacağı təqdirdə Ukraynanı ballistik raketlərlə vurmağı əmr edib
Icma.az, Missiya.az saytına istinadən bildirir.
Kreml hesab edir ki, Ukrayna mayın 9-da Moskvada hərbi paradın təhlükəsiz keçirilməsi üçün Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi üç günlük atəşkəslə razılaşmayacaq. Bununla əlaqədar Putin Rusiya Müdafiə Nazirliyinə “Oreşnik” ballistik raketi ilə Ukraynadakı vurulacaq hədəfləri müəyyən etməyi tapşırıb.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Rusiya hakimiyyəti Ukrayna pilotsuz uçuş aparatlarının Moskva və Rusiyanın bir sıra digər regionlarına hücumlarını davam etdirməsindən narazıdır. Bununla bağlı Putin həlledici cavabı nəzərdən keçirir.
Qeyd olunub ki, diktator Rusiya Müdafiə Nazirliyinə Ukraynaya orta mənzilli ballistik raketlərlə zərbə endirmək üçün hədəfi müəyyən etməyi tapşırıb və hədəf kimi Kiyev seçilib.
“Görünür, atəşkəs olmayacaq”, - deyə vurğulanıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















