Icma.az
close
up
RU
“Putin planını reallaşdıra bilmədiyi üçün nüvə təhdidinə əl atır” ŞƏRH

“Putin planını reallaşdıra bilmədiyi üçün nüvə təhdidinə əl atır” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin, 2 oktyabr 2025-ci ildə Soçidə keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Qərb ölkələri ilə münasibətlərə dair sərt bəyanatlar verib.

O, Rusiya-NATO münasibətlərini, Avropanın silahlanma siyasətini və Ukrayna müharibəsinin səbəblərini müzakirə edib.

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, V. Putin Qərblə müharibəni davam etdirəcəyinə dair mesaj verib.

“Rusiya prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubundakı çıxışını tam olaraq Qərbə həsr etmişdi. Ukraynanın son aylarda Rusiyanın ərazilərinə endirdiyi sarsıdıcı zərbələr, ABŞ-ın Ukraynaya artan hərbi dəstəyi və yeni raketlər göndərməsi Putini aqressiv mövqe sərgiləməyə sövq etdi. Putin hesab edirdi ki, Qərb Alyansını parçalayacaq, Ukraynada istədiyini edəcək və ikiqütblü siyasi nizam quracaq. Lakin ABŞ və Avropanın fikir ayrılıqlarını bir kənara qoyaraq vahid cəbhədə birləşməsi Putinin planlarının üstündən xətt çəkdi”-deyə o əlavə edib.

Əsədullazadə vurğulayıb ki, Vladimir Putin Ukraynada hərbi əməliyyatlarla planını reallaşdıra bilmədiyi üçün nüvə təhdidinə əl atır:

“ABŞ-ın başda olduğu NATO Rusiyanın nüvə təhdidlərinə eyni tonda cavab verməsi Kreml rəhbəri üçün “soyuq duş” effekti yaradıb. “Valday” Diskussiya Klubunda V. Putin geri çəkilmədiyini və döyüşməyə davam edəcəklərini elan edib.

Vladimir Putin üç ildir ki, bütün qüvvəsi ilə döyüşür, lakin Ukraynanın şərqində ilişib qalıb. Buna baxmayaraq, Avropanın digər ölkələrinin təhlükəsizliyini hədələməyə davam edir.

ABŞ və Avropa bundan sonra Ukraynaya tam hərbi yardım göndərməyə başlayıb və beləliklə, Rusiya ilə birbaşa döyüşə girişirlər. Nəticədə, Rusiyanın döyüş tempi zəifləməyə doğru gedir.

Buna görə də V. Putin Ukraynanın Atom Elektrik Stansiyalarını hədəf göstərərək nüvə çirklənməsinə getməkdən çəkinmədiyi mesajını verib. Halbuki, Ukraynanın da Rusiyanın istənilən regionunda AES-ləri vurmaq potensialı var və bunu Ukrayna dəfələrlə sübut edib. Eyni aqibəti Ukrayna Rusiyaya yaşada bilər”.

Ekspertin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi davam edəcək və nüvə silahına əl atılmayacaq.

O əlavə edib ki, Rusiyaya hərbi təzyiqlər artdıqca, V. Putin Donald Trampla yenidən görüşməyə çalışacaq.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Oktyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri