Icma.az
close
up
RU
Putin Pokrovskun işğalını daha prioritet hədəf müqabilində təxirə salıb ISW

Putin Pokrovskun işğalını daha prioritet hədəf müqabilində təxirə salıb ISW

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Rusiya qoşunları tədricən Pokrovsk ətrafında irəliləyirlər. Bununla belə, onların şəhəri işğal etməyi planlaşdırdıqları, yoxsa Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə doğru irəliləmək niyyətində olduqları hələlik məlum deyil. 

Qaynarinfo xəbər ⁦ verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitiklərinin hesabatında bildirilir.

Analitiklər qeyd edirlər ki, Vladimir Putin hərbçilərə mühüm yaşayış məntəqələrini işğal etməkdən daha çox, ərazi zəbt etməyi tapşırıq kimi təqdim edə bilər.

"Putin getdikcə Rusiya hücumlarını konkret yaşayış məntəqələrinin işğalını vurğulamaq əvəzinə kvadrat kilometrlərlə xarakterizə edir, necə ki, əvvəllər edirdi. O, bəlkə də, Pokrovskun işğalını təxirə salaraq, açıq sahələr və kiçik yaşayış məntəqələri vasitəsilə daha irəli uğurlar əldə etməyi rus hərbi komandanlığına göstəriş verib, çünki Rusiya qoşunları Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə yaxınlaşırlar”, - analitiklər belə deyirlər.

Hesabatda qeyd olunur ki, geolokasiya məlumatlarına əsasən, Rusiya qoşunları inzibati sərhəddən 10 kilometr məsafədədir və "Putin, bəlkə də, Rusiya hərbi komandanlığına sərhədə doğru irəliləməyi təzyiq altında tələb edir, Pokrovskun əhatə olunması əvəzinə”.

Analitiklər vurğulayırlar ki, Donetsk vilayətinin qalan hissəsini işğal etmək Putinin Ukraynadakı uzunmüddətli məqsədlərindən biridir. O, Rusiya qoşunlarının sərhədə doğru irəliləməsini həm xarici, həm də daxili auditoriya qarşısında Rusiyanın uğurlarını təbliğ etmək üçün istifadə edə bilər. Lakin yaxşı qorunan şəhərlərə qarşı hücum əməliyyatı Rusiyanın irəliləyiş tempini zəiflədə və Kremlin hərbi qələbəsini qlobal arenada nümayiş etdirmək cəhdlərini sarsıda bilər.

UNIAN-ın məlumatına görə, düşmən üçün əsas prioritet Pokrovsk çıxıntısı və Kuraxovo rayonunda irəliləyişdir. Bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Sergey Qrabskinin fikridir. Onun sözlərinə görə, düşmən Kuraxovo və Pokrovsk məsələsini bitirdikdən sonra Kupyanska yönələ bilər.

Ukrayna Silahlı Qüvvələrinin hərbçisi və politoloq Kiril Sazonov bildirib ki, məhz Pokrovsk yaxın vaxtlarda bütün cəbhənin ən qaynar nöqtəsi ola bilər.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri