Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını TƏSDİQLƏDİ
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını – nüvə hərbi təhdidinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiq edib.
Modern.az xəbər verir ki, Vladimir Putin bu haqda fərman imzalayıb.
Doktrinanın əsas prinsipi olaraq göstərilib ki, nüvə silahı ölkənin suverenliyini qorumaq üçün son çarədir.
Eyni zamanda, qeyd edilib ki, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar Rusiya nüvə silahından istifadəyə icazə verən parametrləri dəqiqləşdirməli idi.
Fərman nüvə təhdidlərinin qarşısının alınmasının həyata keçirildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyasını genişləndirib. Beləliklə, hər hansı qeyri-nüvə dövlətinin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü onların Rusiyaya birgə hücumu sayılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















