“Putin sərhədləri yoxlayır, biz buna imkan verməyəcəyik” Almaniya kanslerindən sərt bəyanat
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merz Rusiya Prezidentinin Avropaya qarşı siyasətini sərt tənqid edib. Bundestaqda çıxış edən kansler bildirib ki, Moskva məqsədli şəkildə azad cəmiyyətləri sarsıtmağa çalışır.
“Rusiya tədricən bizim azad cəmiyyətlərimizi destabilizasiya etmək niyyətindədir. Biz buna nə xaricdən, nə də daxildən imkan verməyəcəyik”, – deyə Merz vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada sülh razılaşması yalnız bir şərtlə mümkündür – Kyevin siyasi suverenliyi və ərazi bütövlüyü təmin olunmalıdır.
“Diktə olunmuş sülh, azadlıqdan məhrum sülh yalnız Putini yeni hədəflər axtarmağa təşviq edər”, – Almaniya kansleri əlavə edib.
Merzin bu çıxışı Almaniya hökumətinin Ukrayna məsələsində mövqeyinin dəyişmədiyini, Qərbin əsas prioritetinin isə “ədalətli sülh” olduğunu bir daha ortaya qoyur.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















