Icma.az
close
up
RU
“Putin Suriyada “Vaqner”ə görə uduzdu” “Bu, bütün hökumətlərə dərs olmalıdır” AzPolitika onlayn siyasiictimai qəzet

“Putin Suriyada “Vaqner”ə görə uduzdu” “Bu, bütün hökumətlərə dərs olmalıdır” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Suriyada noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı başlanan hərbi üsyan dekabrın 8-də Dəməşqin alınması və rejimin devrilməsi ilə başa çatdı. Bu hadisə Suriya ordusunun zəifliyini ortaya qoydu, rejimin aviasiyası məğlub oldu və quru qoşunları faktiki olaraq dağıldı.

“AzPolitika” xəbər verir ki, “The Telegraph”-n Suriya mövzusu ilə bağlı məqaləsində belə deyilir.

Nəşr yazır ki, Vladimir Putin və Bəşər Əsəd Suriyada “Vaqner” muzdlu hərbi qruplaşmasına arxalanırdı: “Müxalifətin sürətlə irəliləməsi Rusiyanın lazımınca qiymətləndirilməyən problemlərini də ortaya qoydu. Rusiya qoşunları Əsəd rejiminə dəstək versə də, müxalifət şəhərləri bir-bir ələ keçirdi və Rusiya fəal müdaxilə etmədi. Rusiya hökmdarı Vladimir Putinin başqa variantı yox idi. O, Moskvanın Suriyadakı əsas qüvvələrinə çevrilmiş özəl hərbi şirkət olan "Vaqner” qrupuna arxalanırdı. Lakin muzdlulardan asılılıq həm sözügedən qruplaşmanı, həm də Suriya rejimini məhv etdi. Bu, bütün hökumətlər üçün bir dərsdir: Muzdlular dövlət siyasətinin etibarlı aləti deyil”.

Nəşr xatırladır ki, 2014-cü ildə Yevgeni Priqojin tərəfindən yaradılmış “Vaqner” Krımın ilhaqından və Suriyaya müdaxilədən sonra məşhurlaşıb: “Onun nizamsız qüvvələri Moskvaya öz hərəkətlərinə görə birbaşa məsuliyyətdən yayınmağa imkan verirdi. Lakin maddi maraqları olan “vaqnerçilər” Əsəd rejimini xilas etmək üçün Suriyanın neft gəlirlərindən pay tələb etdilər. Bu, qruplaşmanın sahibi Yevgeni Prigojini gücləndirdi, lakin eyni zamanda da daxili qarşıdurmalara səbəb oldu. 2023-cü ildə Rusiyanın Ukraynada müharibəsi şiddətləndiyi üçün “Vaqner” döyüşlərdə iştirak etdi. Muzdlular Baxmutda ”pir qələbəsi” qazandılar, lakin bu, böyük itkilərə və narazılığa səbəb oldu. 2023-cü ilin iyununda muzdlular üsyan qaldırdılar, Rostovu işğal etdilər və Moskvaya doğru hərəkət etdilər. Sonradan Putin onlara amnistiya verdi, lakin Priqojin tezliklə təyyarə qəzasında öldü və qrup faktiki olaraq məhv edildi.

Əsəd rejiminin yenidən təhdid altında olması və Rusiya ordusunun Ukraynada bataqlığa batması ilə Moskvanın kommersiya hərbi qüvvələri dağınıq vəziyyətdə yaxalandılar. Odur ki, Rusiyanın 2014-2023-cü illərdə olduğu kimi, muzdlulara arxalanan istənilən dövləti fiasko gözləyir”.

C.Məmmədov

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri