Icma.az
close
up
RU
Qrip dalğası genişlənir

Qrip dalğası genişlənir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Səhiyyə Nazirliyi əhalini diqqətli olmağa çağırır!

Son günlər ölkə üzrə qrip və kəskin respirator virus infeksiyalarının (KRVİ) yayılmasında nəzərəçarpacaq artım müşahidə olunur. Mövsüm dəyişkənliyi, havaların soyuq olması və qapalı məkanlarda insanların daha sıx toplaşması bu prosesə öz təsirini göstərir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar əhaliyə mütəmadi xəbərdarlıqlar edir, profilaktik tədbirlərə ciddi yanaşmağın vacibliyini önə çəkir. Mütəxəssislərin fikrincə, qrip adi soyuqdəymə kimi qiymətləndirilsə də, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün ağır fəsadlara yol açır. Yüksək hərarət, halsızlıq, öskürək, boğaz ağrısı və əzələ sızıltıları ilə müşayiət olunan bu xəstəlik, vaxtında müalicə olunmadıqda pnevmoniya və digər ağırlaşmalarla nəticələnə bilər.

Dekabr-fevral ayları qripin pik dövrüdür

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son günlər kəskin respirator infeksiyaların artması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir. İnfeksionist qeyd edib ki, hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə olunur: “Dekabr-fevral ayları qripin pik dövrü hesb olunur. Bu infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə aparılır: spesifik və qeyri-spesifik tədbirlər. Qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir. Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır”.

Qripə qarşı peyvəndləmənin əsas məqsədi...

Mütəxəssis əlavə edib ki, peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallarda əlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplarda infeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rast gəlinir: “Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz risk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onların yoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq edilir.

Qrip vaksini vurulduqdan sonra virusa qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb olunur. Buna görə də peyvəndləmə üçün əsasən sentyabr-oktyabr ayları daha münasib hesab edilir. Bununla yanaşı, bütün epidemioloji mövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırda bu proses ölkə üzrə davam etdirilir.

Digər istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu tədbirlər hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır. Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunması daxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxın təmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək, qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtında aşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnu salfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərə toxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyə sabunla yumaq bu tədbirlər sırasındadır”.

Əhalinin məsuliyyəti həlledici rol oynayır

T.Eyvazovun sözlərinə görə, bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhali tərəfindən kütləvi şəkildə icra olunsun: “Aparılan maarifləndirmə işlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakin effektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddi yanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti və tövsiyələrə əməl etməsi həlledici rol oynayır.

Qeyd olunan tədbirlərə riayət etməklə qrip və digər kəskin respirator virus infeksiyalarının qarşısını almaq mümkündür və hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”.

Necə qorunaq?

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist - həkim Mərdan Əliyevin sözlərinə görə, qrip deyəndə bütün kəskin respirator virus infeksiyalarını nəzərdə tuturuq. Amma bu, belə deyil: “Bu infeksiyaları törədən 200-ə qədər virus var. Qrip virusu bunların içində ən ağır keçənidir. Qrip virusunda digərlərindən fərqli olaraq burun axıntısı olmur, yəni daha az müşahidə edilir. Ən çox qızdırma, halsızlıq, burun tutulması, boğaz ağrısı müşahidə edilir. Qrip virusu daha yaşlı şəxslərdə ölümə səbəb ola bilər. Pnevmoniya qripin ən ağırlaşmış formasıdır. Çox təəssüf ki, pnevmoniyalarda da ölüm halları müşahidə edilir”.

Həkim qeyd edib ki, qrip virusu ilə kəskin respirator virus qarışdırmamalıdır. Qrip onların içində ən ağırıdır: “Digərlərində asqırıq, boğaz ağrısı olur. Hətta burun qıcıqlanması, qızdırma da nadir hallarda 1-2 gün müşahidə edilə bilir. Hamilələr bütün xəstəlikləri ağır keçirməyə meyilli olduqları üçün xüsusilə qrip virusundan özlərini qorumalıdırlar. Çünki hamilələrdə müəyyən hormonların ifraz olunması ilə əlaqəli olaraq onlarda immun sistemində zəifləmə müşahidə edilir. Beləliklə də, onlar qrip xəstəliyini ağır keçirə bilərlər. Hər kəs bilməlidir ki, qrip xəstəliyi ciddidir və ağırlaşmalar müşahidə edilə bilər. Buna görə də mütləq şəkildə bol maye qəbul edilməli və özlərini soyuğa verməməlidirlər. Belə olan halda xəstəliyin ağırlaşma ehtimalı da az olur”.

İnfeksionist insanların virusdan qorunması üçün tövsiyələrini də qeyd edib: “Bu xəstəlikdən özümüzü qorumaq üçün əsas geyimimizə, yuxu rejimimizə və qidalanmağımıza fikir verməliyik. Çünki qidalanma və yuxu rejimi birbaşa immunitetlə əlaqəlidir. Evin havasını gün ərzində iki dəfə, səhər və axşam dəyişmək lazımdır. Bunlara riayət etsək, virusa yoluxsaq belə, xəstəliyi yüngül keçirmək olur”.

Yeganə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri