“Putin Trampın təklifini rədd edib” ISW açıqladı AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukraynada sülhlə bağlı hazırladığı təklifi rədd edib.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırılması İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, Putin Tramp komandasının Ukraynanın NATO-ya üzvlüyünün ən azı on il müddətinə təxirə salınması təklifini müharibənin dayandırılması şərti kimi birbaşa rədd edib.
Dekabrın 26-da Putin Tramp komandasının bu təklifini şərh edərkən deyib ki, “Ukraynanın bu gün, sabah və ya 10 ildən sonra NATO-ya üzv olmasının fərqi yoxdur”.
Mütəxəssislər qeyd edirlər ki, Putinin dekabrın 26-da verdiyi bəyanatı onun 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlindəki tələbləri ilə bağlı kompromisləri nəzərdən keçirmədiyini göstərir: “Bu tələblərə Ukraynanı heç vaxt NATO-ya qoşulmayacaq daimi neytral dövlətə çevrilməyə məcbur etmək, Ukrayna ordusunun sayına ciddi məhdudiyyətlər qoymaq və indiki Ukrayna hakimiyyətini kənarlaşdırmaq daxildir”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















