Icma.az
close
up
RU
Putin Trampla danışarkən harada olub? Rusiya prokuroroluğu müharibədən ölkəyə dəyən zərəri araşdırır

Putin Trampla danışarkən harada olub? Rusiya prokuroroluğu müharibədən ölkəyə dəyən zərəri araşdırır

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin mayın 20-də iki saatlıq telefon danışığı aparıblar.

Danışıqların əsas mövzuları Ukraynadakı müharibə, əsir mübadiləsi və gələcək əməkdaşlıq imkanları olub. Tramp isə Putinə belə bir mesaj ünvanlayıb: “Vladimir, istədiyin vaxt zəng edə bilərsən, mən məmnuniyyətlə danışaram”.

Putin danışıqdan sonra qısa açıqlamasında Ukraynaya gələcək sülh sazişi ilə bağlı memorandum təklif edəcəyini bildirib. Sənəddə Rusiya öz mövqelərini qeyd edəcək. Prezident Zelenski isə buna cavab olaraq bildirib ki, Ukrayna öz alternativ sənədini hazırlayacaq və torpağını, xalqını, evlərini heç kim təslim etməyəcək.

Telefon danışığından sonra Donald Tramp bəyan edib ki, Rusiya və Ukrayna dərhal atəşkəslə bağlı və daha vacibi – müharibənin sonlandırılması ilə bağlı danışıqlara başlayacaq.

Tramp eyni zamanda Putini “xoşxasiyyətli centlmen” adlandırıb və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna edib. O, bildirib ki, əlavə təzyiqlər danışıqlara zərər verə bilər. Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp “qırmızı xətt”in harada keçdiyini də göstərib – əgər Rusiya müəyyən sərhədləri keçərsə, ABŞ vasitəçilikdən imtina edəcək və təşəbbüsü Avropaya verəcək.

Ukrayna Prezidenti ABŞ-ni Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırsa da, Tramp buna getməyib. Əvəzində, ABŞ və Rusiya prezidentlərinin şəxsi görüşü gündəmdədir - bu barədə Tramp özü və Putinin köməkçisi Uşakov məlumat verib.

ABŞ sanksiyalardan imtina edərkən, Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini elan edib. İttifaqın Xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, 200-ə yaxın “kölgə donanmasına” məxsus gəmi – yəni sanksiyaları pozaraq Rusiya neftini daşıyan tanker – bu siyahıya daxil edilib. Eyni gün Böyük Britaniya da yeni sanksiyalar elan edib.

Tramp-Putin danışığı fonunda Rusiyada “Xarici təsirlərdən Rusiyaya dəyən zərərin dövlət monitorinqi” adlı maraqlı bir sənəd dərc olunub. Sənəddə qeyd olunur ki, prokurorluq bu zərəri hesablamalı olacaq.

Siyasi analitik Anton Barbaşinə görə, bu sənədin danışıqlarla birbaşa əlaqəsi yoxdur. Rusiya bununla sadəcə rəqəmlərlə manipulyasiya edib, “biz də zərər çəkmişik” riyakarlığını nümayiş etdirmək istəyir. Analitikə görə, məqsəd Qərbdən təzminat almaq üçün rıçaq yaratmaqdır.

Barbaşin qeyd edir ki, Tramp ilk prezidentliyindən bəri Putinə simpatiya ilə yanaşır və onu “dahi strateq” adlandırır: “Tramp Rusiyanı ABŞ üçün böyük təhlükə hesab etmir və müharibənin diplomatik yolla bitməsində maraqlıdır. O, yeni sanksiyalardan çəkinir və sadəcə “niyyətlər memorandumu” əldə etməyə çalışır – bu sənəd ciddi nəticə vəd etmir”.

Bununla belə, analitik xatırladır ki, ABŞ-nin ümumən sanksiya siyasəti qüvvədədir. Tramp prezidentliyinin ilk dövründə sanksiyaları bir neçə dəfə uzadıb. Amma yeni sanksiyalar üçün Konqres razılığı və ciddi siyasi iradə tələb olunur. Mövcud sanksiyalar isə geniş şəkildə pozulur - Rusiyada onların necə aşılmasına dair tədbirlər həyata keçirilir.

Telefon danışığı zamanı Putin Soçidəki “Sirius” təhsil mərkəzində olub. Burada eyni zamanda gimnastika akademiyası fəaliyyət göstərir və Alina Kabayeva tərəfindən idarə olunur. Qeyd olunur ki, Kabayeva Putinin uşaqlarının anasıdır.

Sosioloq İqor Eydmanın fikrincə, “Sirius” layihəsi tipik diktator jestidir: gənc istedadlara himayədarlıq etmək görüntüsü. Lakin bu layihə həm də “böyük büdcə oğurluğunun” bir hissəsidir. Eydman qeyd edir ki, “Sirius” və bənzər layihələr “pulyuyan maşın” funksiyası daşıyır və dövlət pullarının korrupsiya yolu ilə bölüşdürülməsinə xidmət edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri