Icma.az
close
up
RU
Putin Trampla danışıqlarda Ukraynadan nə tələb edəcək? TƏFƏRRÜATLAR

Putin Trampla danışıqlarda Ukraynadan nə tələb edəcək? TƏFƏRRÜATLAR

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Rusiya lideri Vladimir Putin ABŞ-ın yeni prezidenti Donald Trampla qarşıdakı danışıqlarda Ukraynadan NATO ilə hərbi əlaqələri qəfil kəsməyi və məhdud orduya malik neytral dövlətə çevrilməsini tələb edəcək.

Lent.az-ın məlumatına görə, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, Putin Ukraynadakı döyüş meydanında öz üstünlüyünə getdikcə arxayınlaşır. Buna görə də o, Kiyevin heç vaxt NATO-ya qoşulmaması və onun hərbi potensialına məhdudiyyətlər qoyulması məqsədinə çatmaq niyyətindədir.

“Kremlin mövqeyi ondan ibarətdir ki, ayrı-ayrı NATO üzvləri ikitərəfli təhlükəsizlik razılaşmaları əsasında Ukraynaya silah tədarükünü davam etdirə bilsələr də, bu silahlar Rusiyaya qarşı və ya əraziləri ələ keçirmək üçün istifadə edilməməlidir”, - Moskvanın mümkün danışıqlara hazırlığından xəbərdar olan mənbə nəşrə bildirib.

“Bloomberg” qeyd edir ki, Ukrayna bu cür sərt tələbləri mütləq bəyənməyəcək. Putinin mövqeyi həm də Trampın müharibəyə tez bir zamanda son qoymaq istəyi ilə ziddiyyət təşkil edir və ola bilər ki, Moskvaya danışıqlarda sərbəstlik vermək məqsədi daşıya bilər. Bu arada, Rusiyanın Ukraynanın şərqindəki irəliləyişi ləng gedir və baha başa gəlir.

“Bloomberg”in mənbəyi həmçinin iddia edir ki, Ukrayna və Rusiya Qətərdə nüvə obyektlərinin hücumdan qorunması qaydaları ilə bağlı məhdud danışıqlar aparır.

Eyni zamanda, adının açıqlanmasını istəməyən Ukrayna rəsmiləri iddia edirlər ki, Kiyev və Moskva arasında yeganə danışıqlar əsirlərin mübadiləsi və uşaqların qaytarılması ilə məhdudlaşır.

Rusiya həmçinin danışıqlarda Krım yarımadası da daxil olmaqla, Ukraynanın işğal olunmuş ərazisinin demək olar ki, 20 faizi üzərində ən azı faktiki nəzarətin saxlanmasını tələb edəcək. Baxmayaraq ki, “Bloomberg”in iddiasına görə,  guya “Moskva ərazilərin mübadiləsinə açıqdır”.

Gələcək ABŞ lideri və onun yüksək səviyyəli köməkçiləri, xüsusilə NATO-ya üzvlük yolu ilə Ukrayna üçün məcburi təhlükəsizlik təminatlarına çox az həvəs göstərsələr də, Tramp düşərgəsindəki bəziləri güclü mövqedən danışıqlar apara bilmək üçün Kiyevi dəstəkləmək üçün mübahisə etdilər.

Nəşr xatırladır ki, Ukraynanın ən böyük narahatlığı hərbi əməliyyatların dayandırılmasının Rusiyanın yenidən toplanaraq növbəti hücuma keçməsinə imkan verməsidir. Bu səbəbdən Ukraynanın Qərb silahlarına və kifayət qədər böyük ordusuna ehtiyacı var.

Putin bundan əvvəl demişdi ki, istənilən sülh sazişi İstanbul razılaşması deyilən sazişə əsaslanmalıdır. Sənədin 2022-ci ilin yazından olan son layihəsinə görə, o, Ukraynada xarici qoşunların yerləşdirilməsi, birgə təlimlər və Kiyevin hər hansı xarici hərbi ittifaqlara üzvlüyünü qadağan edir.

Keçən il Amerika mediası bu sənədlərin təfərrüatlarını yaymışdı, qeyd edilirdi ki, xarici silahlar, o cümlədən raketlər Ukrayna ərazisinə buraxılmamalıdır. Xəbərdə bildirilirdi ki, tərəflər hələ də bəzi məsələlərdə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin sayına qoyulan məhdudiyyətlərlə bağlı fikir ayrılığına malikdirlər.

Rusiya Ukrayna Silahlı Qüvvələrinin sayını 85 min nəfər və 342 tankla məhdudlaşdırmaqda, eləcə də Ukrayna raketlərinin uçuş məsafəsini 40 kilometrə qədər məhdudlaşdırmaqda israr edir, Ukrayna isə 250 min nəfərlik ordu və 800 tank, 280 kilometrlik raket məsafəsi istəyir.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri