Putin Türkiyənin Ukrayna məsələsinin həllində xüsusi rolunu davam etdirməyə çağırıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Ukrayna böhranının həllində xüsusi rol oynamağa davam edəcəyinə inanır.
APA Kremlə istinadən xəbər verir ki, o, bu haqda istəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə ifadə edib.
Məlumatda qeyd olunur ki, Putin Türkiyənin Ukrayna böhranının həllinə dair siyasi və diplomatik səylərə verdikləri böyük töhfəyə görə təşəkkür edib.
“2025-ci ilin mayından İstanbuldakı platformada artıq Rusiya ilə Ukrayna arasında üç raund birbaşa danışıqlar keçirilib və bu, humanitar sahədə bir sıra praktiki məsələlərin həllində irəliləyişə səbəb olub”, – deyib.
O əlavə edib ki, Türkiyənin bu məsələlərdə xüsusi roluna gələcəkdə də ehtiyac olacaq.


