Putin: Ukrayna bloklara qoşulmamalı və nüvəsiz statusa malik olmalıdı
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Ukraynanın nüvə silahı əldə etməsi ehtimalını istisna etmək lazımdır. Onun fikrincə, ölkə neytral, bloklara qoşulmayan və nüvəsiz statusa malik olmalıdır. Məlumatı RİA Novosti verib.
“Biz Ukrayna dövlətçiliyinin başladığı yerə qayıtmalıyıq,... müstəqillik bəyannaməsində yazılanlara – bitərəf, bloklara qoşulmamaq və nüvə olmayan statusa qayıtmalıyıq”, – Putin Sky News Arabia telekanalına müsahibəsində deyib.
Rusiya prezidenti bir gün əvvəl bəyan etmişdi ki, o, rusları və ukraynalıları bir xalq hesab edir. O, əmin edib ki, Rusiya Ukraynanın kapitulyasiyasına can atmır, lakin “yaranmış reallıqları tanımaqda israrlıdır”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 21 İyun 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















