Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüş, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunacaq.
“Qafqazinfo” “Strana.ua”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.
“Yaxın günlərdə Əbu-Dabidə keçiriləcək danışıqları gözləyirik. Biz əsas diqqəti təhlükəsizlik məsələlərinə, etimadın möhkəmləndirilməsi tədbirlərinə və Zelenski ilə Putin arasında potensial görüşün mümkün gündəliyi üzərində cəmləşdirəcəyik”, - o bildirib.
Qeyd edək ki, 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək işçi səviyyəli danışıqlara ABŞ vasitəçilik edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















