Icma.az
close
up
RU
PUTİN ZELENSKİ GÖRÜŞÜ OLMAYACAQ! Lavrov bunu Trampın fantaziyası adlandırdı və köhnə bəhanəni təkrarladı

PUTİN ZELENSKİ GÖRÜŞÜ OLMAYACAQ! Lavrov bunu Trampın fantaziyası adlandırdı və köhnə bəhanəni təkrarladı

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tezliklə Putin-Zelenski görüşünün olacağı barədə gözləntilər getdikcə mənasını itirir. Rusiya tərəfinin açıqlamaları onu deməyə əsas verir ki, nəinki yaxın günlərdə, yaxın perspektivdə belə təkbətək görüş və sülh razılığı olmayacaq.

Hurriyyet.az xəbər verir ki, Moskvada keçirdiyi mətbuat konfransında bu barədə danışan Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən Putin–Zelenski görüşünün tezliklə keçirilməsi mümkünsüz olduğunu bildirib.

Lavrov bildirib ki, avqustun sonunadək belə bir sammitin keçirilməsi ehtimalı sıfırdır, gələcəkdə də şanslar ya çox azdır, ya da ümumiyyətlə yoxdur. 

"Moskva Ukrayna ilə istənilən formatda danışıqları davam etdirməyə hazırdır, lakin liderlər arasında görüş yalnız ciddi hazırlıqdan sonra keçirilməlidir və danışıqlar prosesinə yekun vurmalıdır” - deyə, Lavrov bildirib.

Lavrov iddia edib ki, Tramp Putinin mövqeyini səhv anlayıb: “Bu sammit Trampın fantaziyasından başqa bir şey deyil. O, ya Putinin mövqeyini səhv anlayıb, ya da aldadılıb”. 

Rusiya XİN rəhbəri onu da qeyd edib ki, Putinlə Zelenskinin görüşü yalnız danışıqların yekun mərhələsində, bütün əsas məsələlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. Əks halda bu cür sammit təşkil etmək məntiqsizdir.

Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığında Ukrayna ilə danışıqların davam etdirilməsi və nümayəndə heyətlərinin rəhbərlərinin səviyyəsinin artırılması təklifini irəli sürüb.

“Tramp bu ideyanı müsbət qarşıladı. Biz gözləyirik ki, o, bunu Kiyev nümayəndələrinə də çatdıracaq və onların reaksiyasını alacağıq”, – deyə Lavrov əlavə edib.

Lavrov Zelenskinin Putinlə görüş barədə açıqlamalarını da tənqid edib.

O bildirib ki, Zelenski uzun müddət Putininlə danışıqlar aparmayacağını bəyan edib: “Hətta təxminən üç il əvvəl imzaladığı fərmanı ləğv etməyib, bu fərmanda Putinlə danışıqlar aparmaq qəti qadağan olunub. Onun Rusiya Prezidenti ilə sammit təşkil etmək cəhdi guya sülh prosesinə konstruktiv yanaşdığını göstərmək üçündür. Əslində isə bu, davamlı böhranın həlli prinsiplərini razılaşdırmaq üçün ağır, ciddi işi “KVN”, “Kvartal 95” ilə əvəz etməkdir. Hazırkı Ukrayna rəhbəri bu cür hiylələrdən çox fəal istifadə edir.”

Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini də növbəti dəfə şübhə altına alıb. O, Kremlin köhnə və heç bir qanuni əsasları olmayan bəhanəsini təkrarlayıb.

Məlum olduğu kimi, Moskva artıq xeyli müddətdir ki, Zelenskinin prezidentlik müddətinin başa çatdığını iddia edir. Lakin Ukrayna qanunları müharibə zamanı seçkilərin keçirilməsini açıq şəkildə qadağan edir. Həmçinin, digər dünya dövlətləri və beynəlxalq təşkilatlar Zelenskinin legitimliyinə şübhə etmirlər.

Lakin Lavrov köhnə nağılları təkrarlayaraq deyib ki, Volodimir Zelenski ilə Vladimir Putin arasında görüş o zaman baş tuta bilər ki, “iş gələcək sazişlərin imzalanmasına gedib çatarsa, Ukrayna tərəfindən bu müqavilələri imzalayan şəxsin legitimliyi məsələsi həll olunacaq”.

Bu o deməkdir ki, Rusiya yenə də Zelenskinin legitimliyini tanımır və onunla hər hansı bir görüş keçirmək, həmçinin sənəd imzalamaq fikrində deyil.

Maraqlıdır ki, Tramp və ətrafı dəfələrlə yaxın günlərdə Putin və Zelenskinin görüşünün keçirilə biləcəyini bəyan edib. Bir çox Avropa liderləri də bu görüş haqda danışıb. Hətta İsveçrə və Macarıstan ev sahibi ölkə kimi çıxış etməyə hazır olduqlarını bildiriblər. Onlar bu barədə Trampın Alyaskada Putinlə görüşündən, eləcə də Zelenski və Avropa liderləri ilə sammitindən sonra danışmağa başlayıblar.

Lavrovun açıqlaması isə tezliklə belə bir görüşün olmayacağını göstərir. Rusiya rəsmiləri deyirlər ki, Kreml rəhbəri Zelenski ilə yalnız müharibənin dayandırılması ilə bağlı ilkin razılaşmalar əldə edildikdən sonra görüşə bilər. Üstəlik, yalnız Zelenskinin legitimliyi məsələsinin həll olunması şərti ilə. Bütün bunlar bir daha Rusiyanın vaxt uzatmaq, buna paralael olaraq isə Ukraynanı məhv etmək planlarından əl çəkmədiyinin növbəti göstəricisidir. 

Tramp isə bu planda özünün alət kimi istifadə olunmasına imkan verməkdədir…

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri