Icma.az
close
up
RU
Putindən gizlənəndə Bakıya gizli gəlmişdi biznesini Ələkbərova satır KONKRET

Putindən gizlənəndə Bakıya gizli gəlmişdi biznesini Ələkbərova satır KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Mixail Qutseriyev ötən il “Russneft”in Azərbaycandakı neft aktivlərini idarə edən “GEA Holdings Limited” şirkətini də 3 milyard rubl satmışdı, indi isə…

İnquşəsilli biznesmen Mixail Qutseriyev pərakəndə satış şirkətləri olan “M.Video” və “Eldorado”nu azərbaycanlı iş adamı, “Lukoil”in sabiq prezidenti Vahid Ələkbərovun strukturlarına satır.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu sövdələşmə artıq baş tutub, alqı-satıq üçün vəsait Qutseriyevlər ailəsinin hesablarına daxil olub.

Bəs bu tələm-tələsik sövdələşməyə səbəb nə olub? “UtroNews”araşdırmasına görə, Mixail Qutseriyev, oğlu Səid və qardaşı oğlu Mikayıl Şişxanov “M.Video”nu 2016-cı ildə Aleksandr Tınkovanın investisiya şirkətindən alıb. Daha sonra tərəflər Rusiyanın aparıcı məişət texnikası pərakəndə satışçısı üçün 1,26 milyard rubl dəyərində sövdələşmə barədə razılığa gəliblər.

Bu sövdələşmədən əvvəl Qutseriyevlər “M.Video”dan sonra bu seqmentdə ikinci oyunçu olan “Eldorado”ya göz dikiblər. “Eldorado”nu da 2016-cı ildə alıb və Qutseriyevin “Tekhnosila” pərakəndə satışı ilə birləşib. Həmin vaxt sövdələşmə Kipr ofşor şirkəti “Dawlaria Holdings Limited” vasitəsilə həyata keçirilirib. Bu şirkətin adı isə Türkiyədən keçməklə Ukraynaya dizel yanacağının qaçaqmalçılıq yolu ilə aparılması ilə bağlı xəbərdə hallanıb.

O zaman hələ Ukrayna ilə müharibə başlamamışdı, amma buna baxmayaraq, qaçaqmalçılığa görə Mixail və Səid Qutseriyevin strukturlarında da axtarışlar aparılıb. Çünki Orskdakı neft emalı zavodundan Ukraynaya qaçaqmalçılıqla aparılan 100 min ton yanacaq ukraynalılara gedib.

Orsk Neft Emalı Zavodu isə qanuni qeydiyyatdan keçmiş “ForteInvest” şirkəti vasitəsilə Qutseriyevə məxsus idi. 2014-cü ildən Ukrayna ilə münasibətlər kəskin pişləşdiyindən qaçaqmal yolu ilə aparılan yanacaq az qala xəyanət hesab olunurdu. “M.Video” və “Eldorado” üçün ödənişin bir hissəsinin məhz qaçqamalçılıqdan əldə edilən pulla ödənildiyi şübhələr vardı, baxmayaraq ki, Qutseriyevlər birbaşa qaçaqamal faktını etiraf etmirdilər. Ukrayna tərəfi hətta bu fakta görə Rusiya qarşısında məsuliyyəti öz üzərinə götürərək, yanacağı Türkiyədə özləri aldıqlarını və Qutsevləri bu sövdələşməyə cəlb etmədiklərini bildirdilər. Bu doğru olsa belə, Rusiya üçün bunun xüsusi mənası qalmırdı. Lakin Qutseriyevlər bu qalmaqaldan quru çıxmağı bacardılar. Qutseriyevlər Rusiyada elektronika bazarının 22-24%-ni nəzarət edirdi.

Qutseriyevlərin biznesdən çıxmaq istəyi ilə bağlı ilk söhbət müharibə başlayandan dərhal sonra 2022-ci ilin aprelində eşidilib. Sonra Səid Qutseriyev birləşmiş pərakəndə satış şirkətinin səhmlərinin 60,4%-ni satmağa hazır olduğunu bildirdi. İddialara görə, Qutseriyevlərin şirkəti ukraynalılara vasitəçilər vasitəsilə təkcə neft məhsulları deyil, həm də neft satıb.

““Əgər “Lukoyl”la bağlı məlumat təsdiqlənərsə, Qutseriyevlər etibarlı şəxs seçib. 2007-ci ildə “Rusneft”lə problemləri olanda və cinayət işinin açılması perspektivi yarananda Vahid Ələkbərov Qutseriyevi dəstəkləyib. Hətta Ələkbərovun Qutseriyevə hüquq-mühafizə orqanları ilə münaqişənin həllinə kömək etdiyi barədə xəbərlər də vardı” deyə, sayt yazır. O da bildirilir ki, indi müharibəyə görə Rusiyada biznesi yüksək qiymətə satmaq çətindir. Belə bir vəziyyətdə məntiqi həll yolu aktivləri özünə yaxın bir iş adamının ixtiyarına verməkdir ki, o da vəziyyət əlverişli olanda biznesini daha yüksək qiymətə geri ala bilsin.

Qeyd edək ki, ötən il Qutseriyev “Russneft”in Azərbaycandakı neft aktivlərini idarə edən “GEA Holdings Limited” şirkətini 3 milyard 52 min rubl satıb. Həmin aktivləri dəqiq kimə satdığı açıqlanmır.

Qutseriyev 1992-ci ildə Cövhər Dudayevin hakimiyyətə gəlməsindən sonra bütün biznesini Çeçenistanda qoyub Moskvaya gəlib. 2002-ci ildə “Russneft” kompaniyasını yaradıb və rəhbərlik edib. Qutseriyev bir neçə ilin ərzində sürətlə varlanaraq ölkənin ən zəngin adamlarından birinə çevrilə bilib. 2007-ci ilin iyununda Qutseriyev dövlət tərəfindən ciddi təzyiqlərə məruz qaldığından “Russneft”i Kremlə royal olan biznesmen Oleq Deripaskaya satdı. . Deripaska kompaniyanı üç milyard dollara aldı. Hələ o zaman deyilirdi ki, inquş biznesmen Kremlin qəzəbinə İnquşetiya müxalifətini maliyyələşdirdiyi üçün gəlib.

2007-ci ilin avqustunda Moskvanın Tver Rayon Məhkəməsi maliyyə fırıldaqlarında ittiham olunan Qutseriyevin qiyabi həbsinə qərar verir. Qutseriyev yəhudi iş adamı Mixail Xodorkovski kimi Sibir həbsxanalarına düşmədi və vaxtında Rusiyadan qaçdı. Elə həmin ərəfədə Qutseriyevin 21 yaşlı oğlu, Londonda təhsil alan və Rusiyaya qayıdaraq atasının biznes strukturlarına rəhbərlik etməyə başlayan Çingizxan Moskvada “Ferrari” avtomobili ilə qəzada həlak oldu. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Moskvaya gələ bilmir, ona görə biznesmen oğlunun cəsədinin xüsusi təyyarə ilə Bakıya gətirilməsinə nail olur. Daha sonra özü də Bakıya gəlir və burada Göy məsciddə məxfi vida mərasim təşkil olunur. Daha sonra Çingizxanın cəsədi dəfn olunmaq üçün Qutseriyevin vətəni olan İnquşetiyaya aparılır.

Məlumatlara görə, Qutseriyevi o zaman Bakıda qoruyan iş adamı İsgəndər Xəlilov olub. Məhz Isgəndər Xəlilovun dəstəyi nəticəsində Qutseriyev bir müddət Bakıda təhlükəsiz şəraitdə qala bilib.

2010-cu ildə Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Qutseriyev haqqında həbs-qətimkan tədbirini ləğv etdi. 3 ilə yaxın axtarışda olduqdan sonra Rusiya hakimiyyəti ilə anlaşan və yenidən bu ölkəyə qayıdaraq “Russneft”i Deripaskadan geri aldı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Mart 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri