Icma.az
close
up
RU
“Mən komandaya hədəf qoymuram” “Qarabağ”ın prezidenti

“Mən komandaya hədəf qoymuram” “Qarabağ”ın prezidenti

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” Premyer Liqanın 32-ci turunda “Sabah”la matçda 1:1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl  jurnalistlərin suallarını cavablandırıb:

– Çətin və bir o qədər də gözəl çempionat oldu. Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır. Hakimlərimizdən mən çox razıyam. “Qarabağ” hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi. “Sabah” çox gözəl oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardılar. Gələcəyimiz biraz bəxtimizdən asılıdır. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq. Hamıya məlumdur ki, mənimlə Qurban hocanın arasında möhtəşəm mənəvi birlik var. Bir-birimizi gözəl başa düşürük. O, bilir ki biz həmişə onun yanındayıq. Sponsorumuz hərzaman bizə dəstəkdir. Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik. “Sabah”la kubokun final matçı var. O matçdan sonra, Qurban hoca ilə görüşümüz olacaq. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün hər tərəfdən müsbət haldır. Mən komandaya hədəf qoymuram. Onlar özləri bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdir. 

– Bildiyiniz kimi, çempionatda legioner limiti ləğv olunub. Nəzərə alsaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayacaq və bunun üçün transferlər gərəkdir. Limitin ləğv olunması sizin transfer planlamasına təsir edəcək?

– Mən belə düşünürəm ki, limitin ləğv olunması bizə qısamüddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzunmüddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərafdarı deyiləm. Buna baxmayaraq, biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Biz özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun.

– Premyer Liqaya növbəti mövsüm yüksələn komandalar və növbəti mövsüm 12 komandanın olacağı bəllidir. Bölgə klublarının infrastrukturunu nəzərə alsaq, sizin üçün çətinlik yaradacağını düşünürsüzmü?

– İnfrastrukturlar barədə tam məlumatlı deyiləm. Ancaq, düşünürəm ki, 12 komanda olacaqsa, infrastruktur da inkişaf etməlidir. 

– Oyundan sonra, paltardəyişmə otağında futbolçularına nə söylədiniz?

– 1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm. Hər-kəsi bir-bir təbrik etdim. Bu, bizim üçün böyük sevinc idi. 

– Siz sevincinizi büruzə versəniz də, sanki komanda meydanda çox da sevinmədi. 12-ci çempionluq olması buna səbəb ola bilər mi?

– O duruş “Qarabağ”ın əsalətindəndir. Təbii ki, bizim kimi futbolçular da sevinirdilər. Öz aramızda bunu bayram kimi qeyd etdik.

– Azərbaycan kubokunda yenidən “Sabah”la keçirəcəyiniz matç barədə düşüncələriniz?

– Mən bilirəm ki, “Sabah” həmin oyuna çox güclü hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdır demək olar. Buna görə də, “şirlərin savaşı” adlandıracağımız matç olacağına inanıram. 

– AFFA-nın inkişaf strategiyası ilə tanış olmusunuz?

– Xeyr

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 27 Aprel 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri