Putindən Zelenskiyə “danışıq” JESTİ: Ukraynanın cavabı necə olacaq? YENİ GƏLİŞMƏ KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Bəs görəsən, Putinin danışıqlara hazır olduğunu açıqlaması nə ilə bağlıdır? Bunun arxasında hansı məqamlar gizlənir? Ukrayna tərəfinin münasibəti və cavabı necə ola bilər?
Mövzunu KONKRET.az-a politoloq İlyas Hüseynov şərh edib:
“Rusiya tərəfinin Ukrayna ilə danışıqlar niyyətində olması və bunu təklif etməsi əvvəlki dövrlərdə də müşahidə olunub. Rusiya çalışır ki, nəzərətində olan ərazilərin onun olduğunu Ukrayna tərəfinə qəbul elətdirsin. Yəni, Ukrayna mövcud status-kvonu və reallıqları qəbul etməli, bu proses Rusiyanın xeyrinə həll olunmalıdır. Şübhəsiz ki, Ukrayna ərazilərinin ilhaqını qəbul etmir, bununla barışmır və razılaşmır.
Eyni zamanda dünya birliyini də ittiham edir və Rusiya əleyhinə birləşməyə çağırır. Hərçənd ABŞ artıq Ukraynaya qarşı adekvat davranmır və biz bunu Zelenski və Donald Tramp arasındakı ziddiyyətli polemikada müşahidə etdik. Ancaq bu görüşlər Rusiya və Ukrayna arasında ali səviyyədə baş tutacaqsa, deməli, Ukrayna ərazi güzəştlərinə getməyə razılaşacaq. Ukraynanın silah tədarikündə yaranan çətinliklər və problemlər Rusiya tərəfindən bir fürsət kimi qiymətləndirilir. Düşünürəm ki, bir danışıqla sülhə nail olmaq mümkünsüzdür. Ukrayna istər Zelenskinin, istərsə də digər gələcək liderin rəhbərliyi altında mütləq öz ərazilərinin bərpası üçün savaşacaq”.
Müşviq Tofiqoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 Aprel 2025 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















