Icma.az
close
up
RU
Putinin Çinə səfəri: ABŞ la dialoq fonunda Moskva Pekin münasibətlərinin sınağı

Putinin Çinə səfəri: ABŞ la dialoq fonunda Moskva Pekin münasibətlərinin sınağı

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putinin gələn həftə Çinə edəcəyi dördgünlük səfər beynəlxalq siyasi gündəmin diqqət mərkəzinə çevrilib. Səfər çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqların aparılması və Putinin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirakı planlaşdırılır.

Xüsusi maraq doğuran məqam isə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Putinin Pekinə üz tutmasıdır. Alyaska görüşündən sonra müşahidə edilən nisbi yumşalma Qərbdə belə yozulurdu ki, Vaşinqton Moskvanı Çinin təsirindən qoparmağa çalışır. Lakin Rusiya-Çin tərəfdaşlığının dərinliyi bu ssenarinin reallaşmasını çətinləşdirir.

Pekin indiyədək təmkinli mövqeyini qoruyub və proseslərə açıq reaksiya verməyib. Ancaq Putinin bu səfəri həm də Alyaska görüşündən sonra Çinə bir növ “müttəfiqlik hesabatı” vermək, strateji əməkdaşlığın sabitliyini təsdiqləmək xarakteri daşıya bilər. Bu, Moskva üçün vacibdir, çünki ABŞ-la münasibətlərdə müəyyən yumşalma olsa belə, Rusiya Çindən imtina edə bilməz. Əksinə, Kremlin siyasətində iki istiqaməti balanslaşdırmaq zərurəti daha da ön plana çıxır.

Beləliklə, Putinin Çinə qarşıdakı səfəri təkcə ikitərəfli əlaqələrin müzakirəsi deyil, həm də beynəlxalq güc balansında Moskva-Pekin münasibətlərinin davamlılığını nümayiş etdirmək baxımından əhəmiyyətli olacaq.

Ruslan Zəngəzur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see163

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see156

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see149

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see140

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see127

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see125

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see124

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see124

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see123

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib FOTO

09 Oktyabr 2025 16:34see122

Öskürək siropu 21 uşağın həyatına son qoydu Hindistanda dəhşət

09 Oktyabr 2025 13:03see122

Quduzluq nədir, necə keçir? ÇIXIŞ YOLU

09 Oktyabr 2025 11:22see122

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see121

Tramp Netanyahunun istəyindən danışdı: Mütləq edəcəm

09 Oktyabr 2025 09:39see119

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see118

Mətanət Əsədova: “Ana kimi sevdiyim Əminə xanım getdi...” VİDEO

09 Oktyabr 2025 16:44see118

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see117

Quterreş HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb

09 Oktyabr 2025 11:52see116

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri