Icma.az
close
up
RU
Putinin gizli silahı “Kosmos 2553” “Yer kürəsində böyük xaosa səbəb ola, müasir həyatı qeyrimümkün edə bilər” AzPolitika onlayn siyasiictimai qəzet

Putinin gizli silahı “Kosmos 2553” “Yer kürəsində böyük xaosa səbəb ola, müasir həyatı qeyrimümkün edə bilər” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir vaxtlar sakit və səssiz bir məkan hesab edilən kosmos indi qlobal münaqişənin yarana biləcəyi təhlükəli yer kimi qiymətləndirilir. Rusiya, ABŞ və Çin arasında gedən silahlanma yarışı kosmosda da münaqişə riskini artırır.

Bu barədə ABŞ-nin “New York Times” nəşrində yayımlanan xəbərə görə, bu narahatlıqların tezliklə reallığa çevrilmə ehtimalı var. Nəşr yazır ki, ABŞ-nin kəşfiyyat rəsmiləri Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi hədəflədiyini düşünürlər. Müzakirələrin mərkəzində Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qoşun göndərilməsi əmrindən günlər əvvəl, yəni 2022-ci ilin fevralında Rusiyanın Plesetsk kosmodromundan atmosferə “Kosmos 2553” adlı sirli bir peykin buraxılması dayanır. 

“Qəbiristanlıq orbiti” adlanan əraziyə göndərilən peykin şübhə doğurmasının səbəbi həmin bölgəyə yalnız istismar müddətini başa vuran və ya sıradan çıxan peyklərin göndərilməsidir. ABŞ-nin kosmos müşahidəçiləri belə bir bölgəyə peyk göndərən Rusiyanın təhlükəli bir məqsədinin ola biləcəyindən ehtiyatlanırlar.

Moskva sözügedən peykin elmi araşdırmalar üçün istifadə edildiyini açıqlasa da, ABŞ bunu misli görünməmiş, gizli bir silah adlandırıb və Rusiyanın minlərlə kritik peyki məhv edə biləcəyini iddia edib. Digər bir iddiada isə deyilir ki, Rusiya bu peykdən sınaq platforması kimi istifadə edə, gələcəkdə bura öz nüvə qurğularını və ya peyk əleyhinə silahlarını yerləşdirə bilər.

“NYT”-nin məlumatına görə, “Cosmos 2553” bir silah deyil və hazırda heç bir təhlükə yaratmır. Lakin ABŞ rəsmiləri bunun Rusiyanın minlərlə kritik peyklərini məhv edə biləcək misli görünməmiş bir silahın xəbərçisi ola biləcəyini düşünür.

Mütəxəssislər bildirirlər ki, kosmosda baş verə biləcək nüvə partlayışı əhaliyə zərər verməsə belə, yüzlərlə peyki sıradan çıxara bilər ki, bu da təkcə kosmosda deyil, Yer kürəsində də rabitə, enerji və GPS infrastrukturunu iflic vəziyyətinə sala bilər. Başqa sözlə, kosmosda baş verən dağıdıcı partlayış Yer kürəsində böyük xaosa səbəb ola, müasir həyatı qeyri-mümkün edə bilər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see402

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see252

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see200

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see199

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see183

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see175

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see160

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see150

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri