Icma.az
close
up
RU
Black Badge Spectre Azərbaycanda debüt edir

Black Badge Spectre Azərbaycanda debüt edir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Rolls-Royce Motor Cars Baku" 27 yanvar tarixində "Black Badge Spectre" modelini Azərbaycanda ilk dəfə olaraq media tədbiri çərçivəsində təqdim edib. Müştərilər isə rəsmi debütü növbəti axşam keçirilən eksklüziv tədbirdə qeyd ediblər.

"2016-cı ildə keçirilən "Black Badge" modelinin ilk debütündən etibarən "Rolls-Royce"un alter egosu Azərbaycanda yeni müştərilər cəlb edib və regionda on ildən artıq müddətdə yeganə diler kimi davamlı uğurumuza töhfə verib", - deyə "Improtex Motors" və "Rolls-Royce Motor Cars Baku"nun vitse-prezidenti Günel Ələkbərova bildirib.

"Ghost", "Cullinan" və onların "Black Badge" versiyaları müştərilər arasında böyük maraq doğurur. İki il əvvəl "Spectre" modelinin təqdimatı, bu gün isə onun alter egosunu öz doğma torpağımızda qarşılamaqdan məmnunluq duyuruq" - deyə o qeyd edib.

"Black Badge Spectre" "Rolls-Royce"un ən güclü və cəsarətli təcəssümüdür - bu isə modelə maraq göstərən şəxslərin ruhunu mükəmməl şəkildə əks etdirir.

"Rolls-Royce Motor Cars" şirkətinin Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya üzrə korporativ kommunikasiyalar üzrə direktoru Frank Tiemann qeyd edib ki, "Black Badge Spectre" debütu ilə, "Spectre" modelinin ona xas olan səssiz, yüngül, lakin güclü sürücülük təcrübəsi ilə qeyri-adi impulsu davam edəcək: "Hər mənada "Black Badge Spectre" ilk növbədə "Rolls-Royce"dur, yalnız bundan sonra isə elektrik avtomobilidir".

"Black Badge Spectre" dörd rəqəmli fırlanma anı göstəricisini (1075 Nm) və rekord səviyyədə 485 kVt (659 a.g.) gücü təmin edə bilir. Bu isə onu tarixdəki ən güclü "Rolls-Royce" edir.

Daha emosional sürücülük təcrübəsi

"Black Badge Spectre" üçün güclü impuls partlayışları konsepsiyası iki güc ötürücü innovasiyası ilə aşırı həddə çatdırılıb.

Birinci innovasiya "Black Badge" "Rolls-Royce"u simvolizə edən sonsuzluq işarəsinə həsr olunmuş unikal "Infinity Mode" rejimidir.

Sükan üzərindəki "Infinity ∞" düyməsi basıldıqda, 485 kVt (659 a.g.) gücün tam həcmi istifadəyə verilir və sürücüyə daha birbaşa qaz pedalı reaksiyası təqdim olunur.

Əvvəlki bütün "Black Badge" modellərində olduğu kimi, "Black Badge Spectre" də güzgü parıltılı dekorativ elementlərin imza xarakterli tünd işləməsi ilə təqdim olunur və bu, onun noir xarakterini vurğulayır. Bura, məsələn, markanın əlamətdar "Parthenon" barmaqlığının çərçivəsi, "Spirit of Ecstasy" fiquru və ikiqat "R" şərəf nişanı daxildir.

"Mühəndislərimiz "Black Badge" modeli üzrə dərin şəxsi təcrübələrini, məlumat elmini və fərqli müştəri rəylərini birləşdirərək intensiv və kompromissiz xarakter yaratdılar - brendimizin gücləndirilmiş alter egosunu!" - deyə Frank Tiemann vurğulayıb:

Bu ayın əvvəlində Azərbaycan və Mərkəzi Asiyada yeganə diler olan "Rolls-Royce Motor Cars Baku" 2025-ci il üzrə əlamətdar uğurlarını açıqlayıb.

"Bespoke" sifarişləri rekord səviyyəyə çatıb, o cümlədən dünyada cəmi 25 ədəd istehsal olunan "Phantom Centenary Private Collection" avtomobillərindən biri Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı müştəriyə təqdim edilib. Müştərilərə təhvil verilən avtomobillərin ümumi sayı 2014-cü ildə dilerin açılışından etibarən ən yüksək göstərici təşkil edib. İl ərzində diler Özbəkistan və Gürcüstanda müştəri tədbirləri, həmçinin Bakının mərkəzində yerləşən salonunda eksklüziv tədbirlər keçirib.

"Rolls-royce motor cars Baku"

Azərbaycanda yeganə "Rolls-Royce" dileri Bakının tam mərkəzində, A.Əlizadə küçəsi 5 ünvanında yerləşir.

www.rolls-roycemotorcars.az

"Instagram": @rollsroycemotorcarsbaku

2014-cü ildə "Rolls-Royce Motor Cars Baku" diler kimi fəaliyyətə başlayıb, 2018-ci ildə isə dünya üzrə 130 "Rolls-Royce" dileri arasında seçilərək satış dinamikasına görə nüfuzlu "Global Dealer of the Year" mükafatına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri