Icma.az
close
up
RU
Putinin köməkçisi: COP29 üçün Bakının seçilməsi onun nüfuzunu göstərir Yeni Sabah

Putinin köməkçisi: COP29 üçün Bakının seçilməsi onun nüfuzunu göstərir Yeni Sabah

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bizim üçün COP29-da danışıqların mərkəzi mövzusu maliyyələşdirmə ilə bağlı yeni kəmiyyət məqsədidir. Bu məqsəd BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin və Paris Sazişinin mandatından kənara çıxmadan, iqlim böhranının miqyasına adekvat olan yardım səviyyəsini təmin etməlidir".

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu COP29-da Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.

O əlavə edib: "Biz, həmçinin, Paris Sazişinin 6.4-cü maddəsinə əsasən bazar mexanizminin metodoloji aspektləri üzrə çoxillik danışıqlar prosesini başa çatdırmağı səbirsizliklə gözləyirik, hansı ki, Dubayda bunu etmək mümkün olmadı.

Nəhayət, biz əvvəlki kimi, iqtisadiyyatı təbii yanacaqlardan asılı olan ölkələrin qanuni maraqlarının nəzərə alınmasının təmin olunmasına nail olmağa çalışacağıq. Yaxın keçmiş göstərdi ki, enerji keçidini sürətləndirmək cəhdində qəfil və düşünülməmiş addımlar nəyə gətirib çıxardı. Bizim borcumuz bu mənfi təcrübənin beynəlxalq ictimaiyyətin kollektiv yaddaşından silinməsinə imkan verməməkdir. Əks halda eyni səhvi təkrarlamaq riskimiz var.

Ruslan Edelgeriyev qeyd edib: "BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP-29-a ev sahibliyi etmək üçün Bakının seçilməsi Azərbaycanın təkcə ekoloji və iqlim məsələlərinə milli səviyyədə ciddi yanaşan ölkə kimi yox, həm də beynəlxalq səviyyədə iqlim gündəliyi ilə bağlı fikir ayrılıqlarının effektiv həlli üçün platformaya çevrilməyə qadir olan ölkə kimi beynəlxalq aləmdə artan nüfuzunu göstərir.

Bakıdakı kimi çoxtərəfli konfransların uğuru sədrlik edən tərəfdən - onun aparıcı danışıqlarçılarının təcrübəsindən, onun bütün nöqteyi-nəzərləri dinləməyə, onlardan ortaq məxrəc çıxarmağa və bu əsasda mümkün qədər çox tərəfi qane edən bir həll təklif etməyə hazır olan vicdanlı və qərəzsiz vasitəçi imicindən çox asılıdır. Əminəm ki, şəxsən tanıdığım Muxtar Babayevin komandası ona həvalə olunmuş məsuliyyətin öhdəsindən gələcək".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri