Icma.az
close
up
RU
Putinin mətbuat konfransında dediklərinin pərdəarxası (ŞƏRH)

Putinin mətbuat konfransında dediklərinin pərdəarxası (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu dəfəki mətbuat konfransında Putin əsasən "insan" obrazını ortaya qoymağa çalışdı".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya prezidenti Vladimir Putinin dünən baş tutan mətbuat konfransını şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, hər il keçirilən mətbuat konfranslarında Putin fərqli-fərqli obrazlarda olur:

"Onun mətbuat konfransları, Yeni il qabağı çıxışları həmin obrazın gücləndirilməsinə xidmət edir. Bu dəfəki mətbuat konfransında Putin əsasən "insan" obrazını yaratmağa çalışdı. Bütün cavablarını da məhz bu istiqamətə yönəldirdi. Bu, özünü Putinin həm Ukrayna, həm ölkənin iqtisadi vəziyyəti, həm də beynəlxalq məsələlərlə bağlı cavablarında göstərirdi. Putin çıxışında hər şeyə insani münasibət bəslədiyini ortaya qoymağa çalışdı. Yəni onun çıxışı insani obrazın gücləndirilməsinə yönəldilmişdi. O, bütün danışıqlara sadiq olduqları və hər zaman sadiq olaraq qalacaqlarını, dedikləri sözün istündə duracaqlarını göstərməyə çalışdı. Bəzən diplomatik münasibətlərdə məxfi məsələləri açıqlamaqla bunun altını cızırdı. Hətta Putin Baydenin oğluna aid sualı da bu tonda cavablandırdı. Onun çıxışında əsas mesajı bütün diqqəti daxili məsələləyə yönəltmək, daxili vəziyyətin stabilləşməsinə nail olmağa hesablanmışdı".


Həmsöhbətimiz qeyd edir ki, Putinin çıxışının əsas həfədi, dinləyicisi Tramp və ABŞ siyasəti idi:

"Bu siyasətin nə cür qurulacağına yönəmişdi. Putinin çıxışı Trampla münasibətdə məhz bu aksenti gücləndirmək, bir-birinə etibar etmək və danışıq şərtlərini dəyişməmək tezisləri üzərində qurulub. Ola bilsin ki, gələcək razılaşmanın hansısa nöqtələri ya qapalı şəraitdə müzakirə olunub, yaxud da bir-birilərinə ötürülüb. Putin də yəqin bunlara istinad edərək belə danışıb". 

Qeyd edək ki, dünən günorta saatlarında Rusiya prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı baş tutub. Rusiya lideri hər ilin sonunda ənənəvi olaraq ölkəsinin daxili və xarici siyasəti ilə bağlı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırır. Ötən ildə olduğu kimi, builki mətbuat konfrans "Birbaşa xətt"lə birgə formatda keçirilib. 

"Birbaşa xətt"ə vətəndaşlardan 2 milyona yaxın sual daxil olub. Rusiya prezidenti 4 saat yarım ərzində həm sadə rusiyalıların, həm də yerli və xarici jurnalistlərin suallarını cavablandırıb. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri