Icma.az
close
up
RU
“PUTİNİN MÜHARİBƏNİ BİTİRMƏK ÜÇÜN CİDDİ MOTİVASİYASI VAR...” “Rusiya cəmiyyəti müharibənin bitməsinə köklənib”

“PUTİNİN MÜHARİBƏNİ BİTİRMƏK ÜÇÜN CİDDİ MOTİVASİYASI VAR...” “Rusiya cəmiyyəti müharibənin bitməsinə köklənib”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər barəsində çox danışılan Putin-Zelenski görüşü ilə bağlı gözləntilər kifayət qədər şişirdilmiş təsir bağışlayır. Artıq bir çoxları bu görüşün tezliklə baş tutacağına böyük şübhə ilə yanaşırlar. Digərləri isə görüşün baş verəcəyi halda belə, bunun tezliklə müharibənin başa çatmasına gətirib çıxaracağına inanmırlar.

Rusiya müxalifətinin liderlərindən sayılan Mixail Xodorkovski Putin-Zelenski görüşünün perspektivi və ümumilikdə Ukrayna ətrafındakı danışıqlarla bağlı maraqlı açıqlamalar verib. 

Rusiyanın vaxtilə ən varlı adamlarından olan Xodorkovski deyib ki, Putinin Alyaskadakı bəzi açıqlamaları onun üçün gözlənilməz olub: “Mənim üçün Trampla görüşdə Putinin Ukraynaya təhlükəsizlik zəmanəti verilməsilə razılaşdığını deməsi müəyyən dərəcədə gözlənilməz oldu. Ona görə ki, Ukraynaya Budapeşt memorandumu kimi yox, daha ciddi təhlükəsizlik təminatlarının verilməsi bu müharibənin başlanmasına əsas səbəb kimi göstərilən arqumentləri darmadağın edir. Yəni, səbəb Ukraynanın anti-Rusiyaya çevrilməsinə imkan verməmək idi. İndi isə Ukraynaya ciddi təhlükəsizlik təminatlarının verilməsi bu situasiyanı (Ukraynanın anti-Rusiyaya çevrilməsini-red.) praktiki olaraq qaçılmaz edir”.

Xodorkovskinin fikrincə, Putinin Ukraynanın təhlükəsizliyinə Qərbin zəmanət verməsilə barışması onun strateji məğlubiyyətinin göstəricisidir. Çünki bu, Ukraynanın Qərbin təsiri altında suverenliyinin, müstəqilliyinin və anti-Rusiya olmasının tanınmasıdır.

O hesab edir ki, Zelenski ilə Trampın iştirakı olmadan təkbətək görüş Putin üçün heç də uyğun və “xoşagələn” deyil: “Onun üçün üçtərəfli görüş daha arzuolunan olardı. Ancaq belə görünür ki, Putinin nəhayət, bu müharibəni bitirmək motivasiyası yüksəkdir”.

Xodorkovskinin fikrincə, Putinin təkbətək görüşdə Zelenskiyə təzyiq imkanları cəbhədəki vəziyyətə bağlıdır. Bu isə o deməkdir ki, bu imkanlar o qədər də yüksək deyil: “Kreml cəbhədə nə edə bilirsə, onu artıq edir. Bundan artığını edə bilmir, alınmır. Səfərbərlik olmadan alınmayacaq da. Səfərbərlik isə gözlənilmir, hazırlanmır. Bunun üçün alətlər olsa da, səfərbərlik Putin üçün siyasi baxımdan hədsiz dərəcədə təhlükəli və qeyri-məqbuldur. Ən vacibi isə odur ki, Rusiya cəmiyyəti müharibənin getdiyi bu dörd illik dövrdə məhz indi onun bitməsinə daha çox hazırdır… Dinamika aydın görünür. Rusiya cəmiyyəti müharibənin bitməsinə köklənib. Putinin ikinci dəfə Rusiya cəmiyyətini “sındırması” isə problemli məsələdir. Ona görə də məncə, onun müharibəni bitirmək üçün ciddi motivasiyası var”.

Onun fikrincə, Donetsk vilayətinin qalan hissəsinin, oradakı müdafiə xətlərinin Ukrayna üçün əlahiddə əhəmiyyət kəsb etdiyi barədə deyilənlər xeyli şişirdilib və bu ərazilərin hansısa digər Ukrayna torpaqları ilə dəyişdirilməsi heç də mümkünsüz görünmür.

Xodorkovski deyib ki, Rusiyanın güzəştə gedəcəyi məsələlərin məhz “ərazi mübadiləsi” kimi başa düşülməsinin özü doğru deyil. Çünki bu məsələdə ərazi mövzusu heç də birinci yerdə durmur: “Putinə praktiki baxımdan yalnız Krıma gedən dəhliz, ideoloji baxımdan isə yalnız Donbas vacibdir. Onu da qeyd edim ki, bu, Rusiya büdcəsinə ağlasığmaz dərəcədə baha başa gələcək. Hələ onu demirəm ki, bu ərazilərlə birgə Rusiyaya qatılan Ukrayna əhalisi Rusiya cəmiyyətindəki 25 illik “totalitar karantin”dən keçməyib. Bu, Kreml üçün daha bir problem olacaq. Ona görə də ərazi məsələsində hansı mübadilələrin olacağını demək çətindir və düşünmürəm ki, bu, əsas məsələdir. Bizim fikir verməli olduğumuz əsas məsələ tamamilə başqadır. Artıq xeyli vaxtdır ki, Rusiya rəsmi təbliğatının gündəmindən “denasifikasiya” və “demilitarizasiya” anlayışları yoxa çıxıb. Onlar praktiki olaraq yoxdurlar. Düzdür, Rusiya cəmiyyətinin bir hissəsi bu məsələni səsləndirir və bununla bağlı artıq ağlını da itirib. Ancaq rəsmi diskursdan bu mövzu çıxarılıb. Həmçinin, istənilən halda başa düşməliyik ki, Ukraynanın müharibədən sonra anti-Rusiya olması ona verilən təhlükəsizlik zəmanətləri ilə təmin olunacaq. Bu təminatların kənardan verilməsini çətin təsəvvür edirəm. Ağır silahları olmadan Britaniya, Fransa, Almaniya əsgərlərinin bu ərazilərə yerləşdirilməsi ağılsızlıqdır. Onlar orada girov vəziyyətində olacaqlar. Onların ağır silahlarla oraya yeridilməsinə - NATO-nun sərhəddə yerləşdirilməsinə Putinin razılıq verəcəyini isə təsvvür edə bilmirəm. Ona görə də real ciddi təhlükəsizlik təminatı Qərbin dəstəyini alan güclü Ukrayna və onun ordusunun özüdür. Bu isə ilk növbədə Trampla görüşdə deyilən 90 milyard dollarlıq hərbi tədarüklərdir. İkincisi isə ÜDM-in ən azı 8 faizinin hərbi xərclərə yönəldilməsidir”.

Bununla yanaşı, Xodorkovski hesab edir ki, gələcək təhlükəsizliyini özü təmin etməli olan Ukraynanın iqtisadi cəhətdən dirçəlməsi və bərpa olunması çətin olacaq. Çünki gələcək işğal təhlükəsindən sığortalanmaq üçün ölkənin resurslarının və ona edilən yardımların böyük hissəsi məhz müdafiə xərclərinə gedəcək. Həmçinin, xarici investorlar hər an başlaya biləcək yeni müharibə təhlükəsi səbəbindən Ukraynaya böyük yatırımlar etməyə qorxacaqlar. Bu da Ukrayna iqtisadiyyatı üçün böyük problemlər yaradacaq.

Xodorkovski sonda qeyd edib ki, onun fikrincə, Ukraynanın gələcəyi üçün yeganə doğru yol 1940-cı illərdə Rusiyanın işğalına məruz qalmış Finlandiyanın tutduğu yoldur.

Cəlal Məmmədli

“AzPolitika.info”   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri