Icma.az
close
up
RU
Putinin nüvə silahı proqramı qlobal bazarlarda şok dalğası yaratdı

Putinin nüvə silahı proqramı qlobal bazarlarda şok dalğası yaratdı

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və Ukrayna arasındakı müharibə, yalnız döyüş meydanında deyil, həm də qlobal maliyyə bazarlarında böyük təsirlər buraxmağa davam edir. Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı yeni proqramını açıqlaması, bu gərginliyin daha da artmasına səbəb olub. 

Bu dəyişiklik, xüsusilə müharibənin daha da şiddətlənə biləcəyi və nüvə silahlarının istifadəsinin mümkünlüyü ilə bağlı qlobal narahatlığı artırıb. Nüvə silahı ilə bağlı bu qərar, yalnız Rusiya üçün deyil, dünya birjaları üçün də təhlükəli bir siqnal olaraq qəbul edilib.

Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, geosiyasi gərginliklər və nüvə təhlükəsinin artması, maliyyə bazarlarında gərginliyə səbəb olub:

“Putinin nüvə proqramı ilə bağlı bəyanatları, artıq bir neçə aydır müzakirə olunan və gözlənilən bir dəyişiklik idi. Lakin, bu dəyişikliklərin rəsmi olaraq açıqlanması, dünya bazarlarında ciddi reaksiyalarla qarşılandı. Investorlar bu cür geosiyasi gərginliyin artmasından narahat olaraq daha təhlükəsiz aktivlərə, xüsusən də dövlət istiqrazlarına və qızıl kimi "sığınacaq" aktivlərə yönəlirlər. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,36%-ə enib, bu isə investorların riskli aktivlərdən qaçaraq daha təhlükəsiz olan istiqrazlara yönəldiklərini göstərir. Bu vəziyyət, dünya bazarlarında ümumi bir çaxnaşmaya səbəb olub. Qızılın qiyməti isə 0,7% artaraq, təhlükəsiz liman olaraq tanınan bu qiymətli metalın tələbinin artdığını göstərir.

Bununla yanaşı, ABŞ və Avropada fond birjaları da böyük düşüşlər yaşayır. Wall Street fyuçersləri, Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq isə 0,5% aşağı enib. Avropanın əsas indeksləri də aşağı düşüb. Bu vəziyyət, investorların geosiyasi risklərdən qaçaraq daha sabit və etibarlı aktivlərə sığınmalarının təbii bir nəticəsidir”.

İqtisadçı qeyd edir ki, gərginlik artdıqca, silah istehsalı ilə məşğul olan şirkətlərin səhmləri yüksəlir, çünki müharibənin şiddətlənməsi, bu sektorun gəlirinə müsbət təsir göstərə bilər. Lakin, ümumilikdə fond birjalarında eniş gözlənilir, çünki müharibənin genişlənməsi, qlobal iqtisadiyyatı  sarsıdacaq.

X.Kərimlinin sözlərinə görə, Azərbaycan, dünya neft bazarlarına  bağlı olan bir ölkədir və bu geosiyasi gərginliyin artması, ölkənin iqtisadiyyatını da birbaşa təsirləndirə bilər:

“Neft qiymətləri ilə əlaqəli olaraq, Azərbaycanın əsas ixrac məhsulları olan neft və qazın qiymətləri qlobal bazarlarda dəyişiklik göstərə bilər. Rusiya və Ukrayna arasındakı gərginlik, xüsusilə neft və qaz təminatı ilə bağlı narahatlıqlara yol açır, bu da qiymətlərin artmasına səbəb ola bilər”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri