Icma.az
close
up
RU
Putinin nüvə təhdidləri çarəsizlik əlamətidir Böyük Britaniya XİN rəhbəri

Putinin nüvə təhdidləri çarəsizlik əlamətidir Böyük Britaniya XİN rəhbəri

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Müharibənin bitməsində Ukraynanın NATO-ya daxil olması başlıca əhəmiyyət kəsb edəcək..."

Ukraynada savaş təkcə hərbi əməliyyatlar nəticəsində deyil, həm də siyasi nizamlanma hesabına bitəcək. Burada Ukraynanın NATO-ya daxil olması başlıca əhəmiyyət kəsb edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Briyaniya XİN rəhbəri Devid Lemmi "Le Mond" nəşrinə müsahibəsində bəyan edib.

"Biz hamımız anlayırıq ki, bu savaş təkcə döyüş meydanında hərbi əməliyyatlar nəticəsində deyil, həm də siyasi nizamlanma nəticəsində bitəcək. Ukraynanın zəruri təhlükəsizlik zəmanətləri əldə etməsi və Rusiya təcavüzünün qarşısının alınması çox vacibdir", - o, deyib.

"Biz burada, Avropada həqiqətən də aydın şəkildə anlayırıq ki, müharibənin bitməsi və müəyyən zamandan sonra Rusiyanın yenidən təcavüzünü davam etməsi vəziyyətinə yol verə bilmərik. Ona görə də Ukraynanın NATO-ya daxil olması və bu təhlükəsizlik zəmanətləri başlıca əhəmiyyət kəsb edəcək", - o, bəyan edib.

Onun fikrincə, Putinin avropalıların ünvanına təhdidləri, habelə noyabrın 21-də yeni ballistik raketin sınaqdan keçirilməsi "çarəsizlik əlamətidir".

"Rusiyanın xüsusilə nüvə silahı ilə bağlı təhdidedici və ağılsız bəyanatları Putin strategiyasının bir hissəsidir". Bu zaman Lemmi əmin edib ki, Böyük Britaniya Ukraynaya dəstək verməkdə davam edəcək.

"Biz Ukraynanı maksimal dayanıqlı vəziyyətə gətirməkdə qətiyyətliyik, çünki o, 2025-ci ilin ağır qış mövsümünə qədəm qoyur", - o, deyib. Nazir Ukraynanın bu mübarizədə 2025-ci ilədək tab gətirə biləcəyinə əmin olduğunu ifadə edib.

Ukraynada müharibə - NATO-nun mövqeyi

Xatırladaq ki, NATO baş katibi Mark Rütte bəyan edib ki, Alyans Ukraynada müharibənin trayektoriyasını dəyişməlidir və bunun üçün öz dəstəyində daha da irəliyə getməlidir.

"Bizim dəstəyimiz onlara mübarizəni davam etdirməyə imkan verib, lakin münaqişənin trayektoriyasını dəyişmək üçün biz daha da irəliyə getməliyik".

Bundan başqa, bəlli olub ki, NATO Parlament Assambleyası Ukraynaya yardımla bağlı qətnamə qəbul edib. Qətnamədə Kiyevə o cümlədən "Tomohawk" tipli orta mənzilli (1000-5500 km) raketlərin verilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri