Icma.az
close
up
RU
Putinin “ölümsüzlük” planı: Gizli laboratoriyalar, maral qanı…

Putinin “ölümsüzlük” planı: Gizli laboratoriyalar, maral qanı…

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putinin qocalmanı yavaşlatmaq və insan ömrünü uzatmaq məqsədi daşıdığı iddia edilən milyardlarla dollarlıq layihəsi yenidən gündəmə gəlib.

"Yeni Sabah" xəbər verir ki, Britaniyanın “The Sun” nəşrinin iddiasına görə, Kreml qocalma əleyhinə elmi tədqiqatlara təxminən 27 milyard dollar ayırıb.

Layihələr gen terapiyası, bioçap texnologiyası, genetik modifikasiya olunmuş məhsullar və insan orqanlarının yenidən istehsalı istiqamətlərini əhatə edir. Marqarita pizza

Məlumata görə, Rusiyada insan toxumalarının üçölçülü (3D) printerlər vasitəsilə istehsalı və genetik baxımdan insan orqanizmi ilə uyğun olduğu düşünülən miniatura donuzlarda insan orqanlarının yetişdirilməsi üzərində araşdırmalar aparılır. Tədqiqatların əsas məqsədinin 2030-cu ilə qədər insan orqanlarının tamamilə dəyişdirilməsinə imkan yaratmaq olduğu bildirilir.

Putinin Soçi yaxınlığında yerləşən “Sirius” Elm və Texnologiya Universitetində gen mühəndisliyi, qocalma əleyhinə texnologiyalar və bioçap üzrə gizli laboratoriyaların fəaliyyət göstərdiyi də iddia olunur.

Xəbərdə həmçinin rusiyalı alimlərin qocalmaya davamlı çılpaq köstəbək siçanları, dişli balinalar və bioloji baxımdan qocalmadığı qəbul edilən ölümsüz meduza üzərində araşdırmalar apardığı qeyd edilir. Putinin antioksidant tərkibi adi çiyələklərdən 12 dəfə çox olduğu iddia edilən genetik modifikasiya olunmuş çiyələklərlə də maraqlandığı bildirilir.

İddialar arasında Putinin Sibirdəki Altay dağlarında gənc maralların qanı ilə hazırlanmış vannalara girdiyi də yer alır. “More Than Fact” kanalının iddiasına görə, Putin bu ritualın testosteronu artırdığına və ömrü uzatdığına inanır.

Məlumata görə, Putinin böyük qızı Mariya Vorontsova da dövlət dəstəkli genetik tədqiqatlarda iştirak edir. Kremlin alimlərdən hüceyrə qocalmasının yavaşladılması, immun sisteminin gücləndirilməsi və koqnitiv itkilərin qarşısının alınması ilə bağlı araşdırmaları sürətləndirməyi tələb etdiyi də iddia olunur./publika


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyul 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri