Putinin öz şərtləri var, ABŞ istəyinə nail ola bilməyəcək
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Ukraynadakı müharibəyə son qoymaq üçün razılaşma perspektivləri ilə bağlı pessimizm ifadə edir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir.
Qeyd olunur ki, Amerika nümayəndələrinin yeni səfəri danışıqlar prosesini bərpa etmək üçün imkanların olub-olmadığını qiymətləndirmək məqsədi daşıyır. Beləliklə, Vaşinqton diplomatik kanalları yenidən açmağa çalışır, lakin tərəflərin əsas mövqelərini əhəmiyyətli dərəcədə dəyişdirməyə hazır olduqlarına dair hələlik heç bir əlamət yoxdur.
Eyni zamanda, Kremlə yaxın şəxslərin fikrincə, səfərlə bağlı gözləntilər olduqca aşağıdır, çünki Uitkoff və Kuşnerin Rusiyaya əvvəlki səfərlərində irəliləyiş əldə edilməyib və indi onların məqbul təklifləri gətirəcəyinə inanmaq üçün heç bir səbəb yoxdur.
Nəşrin anonim mənbələri qeyd edib ki, Prezident Vladimir Putin müharibəni yalnız öz şərtləri ilə bitirməyə hazırdır və Rusiyanın tələbləri daha da sərtləşir, çünki o, hərbi üstünlüyə malik olduğuna inanır.
Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski amerikalı nümayəndələrin sentyabrın 6-da Kiyevə səfər edəcəyini təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Sentyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















