Icma.az
close
up
RU
Putinin postsovet ölkələrini bir çətir altında birləşdirmək planı işə yarıyacaq? MDB sammitindən mesajlar

Putinin postsovet ölkələrini bir çətir altında birləşdirmək planı işə yarıyacaq? MDB sammitindən mesajlar

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

MDB dövlət başçılarının qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putinin çıxışı təkcə diplomatik jest deyil, həm də ideoloji mesajlar baxımından diqqət çəkdi. Putin çıxışında açıq şəkildə keçmiş SSRİ dövrü ritorikasına, “vahid tarixi məkan”, “ortaq təhlükəsizlik” və “qlobal qütbləşmədə kənarda qalmamaq” tezislərinə qayıdış etdi. Bu fonda Azərbaycanın Prezidenti İlham Əliyevin sammitdə iştirak etməməsi xüsusi diqqət çəkdi. 

Putinin SSRİ ritorikasına qayıdışı MDB məkanında yeni inteqrasiya cəhdi, yoxsa zəifləyən təsir rıçaqlarını bərpa etmək təşəbbüsüdür? Prezident İlham Əliyevin qeyri-rəsmi MDB sammitində iştirak etməməsi Bakının Moskvanın ideoloji çağırışlarına məsafəli münasibətinin göstəricisi kimi dəyərləndirilə bilərmi?

AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov Moderator.az-a açıqlamasında deyib ki,  Sank-Peterburqda Rusiya prezidenti Putinin təşəbbüsü ilə keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində Moskvanın maraqları önə çıxacağı aydın idi. Onun sözlərinə görə, Ukrayna -Rusiya müharibəsinin dayandırılması istiqamətində Qərbdə dərin fikir ayrılıqları, D.Trampın yürütdüyü siyasət Putinin özgüvənini artırıb və yarımçıq saxlamağa məcbur qaldığı məsələlərlə məşğul olmaq imkanı qazandırıb:

 “Rusiya keçmiş SSRİ məkanının özünün təsir dairəsi, hətta mülki kimi sayır. Həmin coğrafiya uğrunda da Çin, Avropa İttifaqı, ABŞ, Yaponiya kimi nəhənglər açıq mübarizəyə girişib. Mərkəzi Asiya regionuna Çinin və Qərbin investisiya proqramları işə salınır. Aİ və Birləşmiş Ştatlarla geniş əlaqələr qurulur. Cənubi Qafqazda Azərbaycan real gücə çevrilərək regional və beynəlxalq münasibətlərdə fəal oyunçuya çevrilir. Normallaşma prosesi, inteqrasiya və kommunikasiya, tranzit  şəbəkəsinin şaxələndirilməsi üçün əlverişli imkanlar yaranır. Moskva bütün bunlara seyrçi qalmaz və qalmır da. Putinin də çıxışları diplomatik qaydada məhz pərakəndə və dağılmış halda olan postsovet ölkələrini Rusiya çətiri altında birləşdirmək ideyası üzərində qurulmuşdur. Faktiki olaraq bu gün MDB-nin özümə  ən böyük təhlükə məhz Rusiyadır”.

Əli Orucov qeyd edib ki, Cənab Prezident İ.Əliyev Putinin məqsədlərini və niyyətini yaxşı bildiyindən bu tədbirdə haqlı olaraq iştirakdan imtina etdi:

 “Rusiya tarixən heç vaxt atdığı imzasına və verdiyi sözə sadiq qalmayıb. Düşənbədə 9 oktyabrda prezidentlərin görüşündə Rusiya dövlət başçısı publik olaraq vədlər verdi ki, Rusiya Silahlı Qüvvələri tərəfindən hədəf alınan AZAL- a məxsus mülki təyyarənin vurulmasından iştirak edənlər məsuliyyətə cəlb olunub cəzalandırılacaq, kompensasiya ödəniləcək. Ancaq 25 dekabrda bir ili tamam olacaq həmin cinayətə görə məsuliyyətə cəlb edilən də yoxdur, kompensasiya ödənişi də yoxdur. Rusiya təzyiqlərini hələ də davam etdirir. Odur ki,  Putinlə  rəsmi və yaxud da qeyri- rəsmi müzakirələr nəticəsiz olduğundan görüşlərin də səfərlərin də anlamı qalmır. Hesab edirəm,  cənab Prezident çox düzgün addım ataraq Rusiyanın Sankt Peterburq  şəhərində keçirilən MDB zirvə görüşünə getmədi”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri