Icma.az
close
up
RU
Putinin Rusiyadakı və xaricdəki heyranları Kremlin təhlükəli Qafqaz planı… varmı? KONKRET

Putinin Rusiyadakı və xaricdəki heyranları Kremlin təhlükəli Qafqaz planı… varmı? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna müharibəsinin sonu nəyinsə başlanğıcı olacaq. Analitik çevrələrdə dolaşan ehtimallara görə, söhbət hər şeydən öncə ABŞ-la Rusiya arasında mümkün yeni geosiyasi anlaşmalardan gedir. Bu anlaşmalar konkret olaraq, Azərbaycanın yerləşdiyi Güney Qafqaza necə proyeksiya edə bilər?

Hələlik söyləmək çətindir. Ancaq əgər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff suveren Ukraynanın 20%-ndən çoxunu işğal eləmiş bir dövlətin – Rusiyanın indiki rəhbərinə heyranlığını gizlətməyib də, onu “dərin-zəka sahibi” adlandırırsa (az öncə Uitkoffun gizli şəkildə Bakıda olması xəbəri yayılmışdı), eyni zamanda, işarə edirsə ki, Güney Qafqaz da başqa bölgələr kimi, öz başının çarəsinə qalmalıdır, onda sualların sayı artır.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, həmin sitat belədir: “Mən nə üçün prezidentin (Trampın – red.) yanına getməliyəm və ona bir şeyi dialoqla bitirə biləcəyimizi təklif etməliyəm? Sonra effektiv şəkildə hərəkət edib sonunda bu qədər effektiv olmaya biləcəyimizi görək?.. Bu, yaxşı siyasi resept deyil. Belə hesablamalar iranlılar, ruslar və ukraynalılar ilə eyni olacaq. Azərbaycanla Ermənistan ilə də eyni olacaq. Bu prinsiplər ABŞ-ın danışa biləcəyi bütün münaqişələrə aiddir”…

Təcavüzkar ölkəyə və onun prezidentinə simpatiyadan söz düşmüşkən, aşağıdakı rəqəmlərə diqqət edək: Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticəsinə görə, hazırda rekord sayda rusiyalı – əhalinin 79,8%-i (!) Vladimir Putinə güvənir. Respondentlərin yalnız 16%-i Putinə inanmadığını bildirib. 78,1% Putinin fəaliyyətini müsbət, 13,6% isə mənfi qiymətləndirib.

Demək ki, Rusiyanı qonşu ölkənin əraziləri hesabına, silah gücünə böyütməyə davam edən Putinə rəğbət bəsləyən təkcə Tramp və onun nümayəndəsi deyilmiş, həm də Rusiya cəmiyyətinin mütləq əksəriyyəti imiş. Hər iki fakt olduqca düşündürücü olmaqla bərabər, bölgəmizlə bağlı narahat gözləntini gücləndirir. Əcəba, Ukrayna münaqişəsinin bitməsi və ya dondurulması ilə, eyni zamanda, Tramp Amerikasının Avropada və digər bölgələrdə qlobal mövcudluğunun zəifləməsi ilə Kremlin postsovet məkanında əl-qolu açılmış olacaqmı?..

“Rusiya çox güman ki, “yaxın xaric” ölkələrinə, xüsusən də keçmiş SSRİ ərazisindəki və Şərqi Avropadakı ölkələrə hərbi-siyasi təzyiqlər də daxil, öz təsirini gücləndirməkdə davam edəcək. Yeni hərbi əməliyyatlar və ya Moskva üçün strateji maraq kəsb edən bölgələrdə mövcudluğun genişləndirilməsi də mümkündür”.

Bunu Minval.az-a müsahibəsində amerikalı politoloq, Oksford Universitetinin siyasət üzrə fəlsəfə doktoru, professor Devid Felsen deyib.

Onun qənaətincə, Cənubi Qafqazı ən çox narahat edən məsələ məhz Putin dövründə Moskvanın keçmiş sovet respublikalarında öz təsirini bərpaya və genişləndirməyə yönəlik xarici siyasət kursunu gücləndirmək istəyi olmalıdır. “Bu, xüsusilə Ermənistan və Azərbaycan arasında davam edən gərginlik şəraitində regional təhlükəsizliyə əlavə problemlər yarada bilər. Odur ki, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya xüsusilə ehtiyatlı olmalı və hadisələrin gələcək inkişafının necə inkişaf edəcəyini diqqətlə izləməlidir. Çünki Rusiyanın bu regionlarda gələcək addımları əsasən Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq”, – deyə ekspert xəbərdarlıq edib.

Analitik hesab edir ki, Kreml başçısı postsovet ölkələrində öz təsirini gücləndirməyi hədəfləyib və Ukraynadakı hərbi əməliyyatların nəticəsi Moskvanın sözügedən məkanda strategiyasının müəyyənləşməsində əsas rol oynayacaq: “Bu, həmin ölkələrdə həm təhlükəsizlik, həm də siyasi-iqtisadi proseslərə təsir göstərə, onları həm Rusiya, həm də Qərb tərəfdaşları ilə bağlı xarici iqtisadi və strateji prioritetlərinə yenidən baxmağa sövq edə bilər. Rusiya Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda öz təsirini nəinki saxlamaq, həm də gücləndirmək istəyəcək. Bu, həmin regionların Rusiya üçün strateji əhəmiyyəti, tarixi bağlılıq və köhnə ittifaqların mövcudluğu, habelə postsovet məkanında öz geosiyasi rolunu bərpa etmək istəyi kimi bir neçə əsas faktorla bağlıdır. Çox güman ki, Rusiya bu regionlarda öz hədəfinə çatmaq üçün siyasi, iqtisadi və hərbi təsir imkanlarından istifadə etməyə çalışacaq”…

Şübhə yox ki, Azərbaycan bu təhdidlər qarşısında ən güclü “immuniteti” olan azsaylı dövlətlərdəndir. Hər necə olmasa, ölkəmizdə bircə rus əsgəri də yoxdur, “erməni kartı” isə faktiki oyundan çıxarılıb, bağlanıb. Üstəgəl, qardaş Türkiyə timsalında güclü müttəfiqimiz, Şuşa Bəyannaməsi var. Əliyev-Putin, Ərdoğan-Putin münasibətlərində isə dərin çatlar yoxdur.

Ancaq “şər deməsən, xeyir gəlməz”. İşimizi möhkəm tutmalı, ayıq-sayıqlığımızı bir an belə itirməməliyik. Bütün hallarda 2025 tarixdə bir çox parametrlərə görə, necə qalacaq – təlatümlü il kimi, yoxsa… Yaxın aylarda, xüsusən də ilin ortalarında bu suala xeyli dərəcədə aydınlıq gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri