Icma.az
close
up
RU
Rusiyanın Araz Ağalarovu hədəfə almasının PƏRDƏARXASI: Kremlin məqsədi nədir? KONKRET

Rusiyanın Araz Ağalarovu hədəfə almasının PƏRDƏARXASI: Kremlin məqsədi nədir? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiyada tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun məhkəmə icraatına cəlb olunması təkcə hüquqi məsələ kimi deyil, eyni zamanda siyasi kontekstdə də qiymətləndirilə bilər.”

Bu sözləri politoloq Kazım Kazımov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Bu hadisə son dövrlər Azərbaycan diasporası və ümumilikdə azərbaycanlılara qarşı Rusiyada artan təzyiq və kampaniyaların davamı kimi görünür. Rusiya son aylarda az gəlirli vətəndaşlarımızı, o cümlədən Rusiya vətəndaşı olan etnik azərbaycanlıları hədəf almağa başlayıb. Onların arasında qətlə yetirilənlər, əsassız həbslərə məruz qalanlar olub. Təhlükəsizlik orqanlarının bu sahədə fəaliyyətini genişləndirməsi ilə diaspor nümayəndələri də təzyiqlərlə üzləşiblər. Paralel olaraq, Rusiya mediasında Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılıb”.

Politoloq qeyd edir ki, bu kontekstdə Araz Ağalarovun hədəf alınması, təsadüfi deyil.

“Ağalarov təkcə Rusiyada deyil, beynəlxalq aləmdə də nüfuzlu biznes fiqurdur və həm Azərbaycan, həm də Rusiya üçün mühüm töhfələr vermiş şəxs hesab olunur. Onun istintaqa cəlb edilməsi Rusiyada biznes mühitinə mənfi təsir göstərə bilər”.

Mütəxəssis hesab edir ki, bu cür addımlar Rusiya iqtisadiyyatına, xüsusilə də beynəlxalq ticarətdəki nüfuzuna zərbə vuracaq.

“Eyni zamanda, bu vəziyyət Araz Ağalarovun timsalında Azərbaycandan olan iş adamları və investorlar arasında narahatlıq yarada bilər. Əgər proses daha da sərtləşərsə, bəzi investorların Rusiya bazarını tərk etməsi istisna olunmur.

K.kazımov vurğulayıb ki, Rusiya sanksiyalarla sıxılmış iqtisadiyyatını qorumaq istəyirsə, bu cür qeyri-rasional addımlardan çəkinməlidir. Araz Ağalarov kimi iş adamlarının hədəfə alınması təkcə hüquqi yox, həm də siyasi və iqtisadi zərbədir. Bu, dolayısı ilə Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri