Icma.az
close
up
RU
Pxenyan atom sualtı qayığının inşasını nümayiş etdirib

Pxenyan atom sualtı qayığının inşasını nümayiş etdirib

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az Cənubi Koreyanın Mərkəzi Telegraf agentliyinə (KMTA) istinadəm xəbər verir ki, 8,7 min tonluq su tutumuna malik atom sualtı qayığına baxış keçirən Kim Çen In yeni “gizli sualtı silahlar” üzrə araşdırmalarla tanış olaraq, “ dəniz qüvvələrinin yenidən təşkili və yeni bölmələrin yaradılması üçün strateji planları” açıqlayıb.
Kim Çen In lideri Şimali Koreyanın özünümüdafiəsi üçün strateji nüvə hücum sualtı qayığının yaradılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Cənubi Koreyanın ABŞ ilə birgə nüvə sualtı qayığı hazırlamaq planları Koreya yarımadasında “qeyri-sabitliyi daha da gücləndirəcək”.
- Biz bunu ölkəmizin dəniz suverenliyini ciddi şəkildə pozan təcavüz aktı və qarşısı alınmalı olan təhlükəsizliyə təhdid kimi qiymətləndiririk”, - Şimali Koreya lideri deyib.
Bu baxımdan, Pxenyan “düşmənlərinə anlatmalıdır ki, onun strateji suverenliyinə və təhlükəsizliyinə qəsd etdiklərinə görə mütləq bədəl ödəyəcəklər” və onlar hərbi varianta əl atmağa çalışsalar, amansız cavab tədbirləri görəcəklər.
“Biz Hərbi Dəniz qüvvələrini və onun strateji tərkibini davamlı və hərtərəfli gücləndirəcəyik, müxtəlif yerüstü və sualtı gəmilərin inşası sürətini artıracaq, onların miqyasını artıracaq və onları müxtəlif hücum silah sistemləri ilə davamlı şəkildə birləşdirəcəyik”, - Kim Çen In vurğulayıb.
Xatırladaq ki, bu ilin mart ayında gəmiqayırma zavoduna baş çəkən Şimali Koreya lideri burada ölkənin ilk nüvə sualtı qayığının yaradılmasının zəruriliyini rəsmən bəyan edib. Bu sualtı qayıq Kim Çen Inın casus peykləri və bərk yanacaqla işləyən qitələrarası ballistik raketlərlə birlikdə inkişaf etdirəcəyi barədə vədinin qabaqcıl silah sistemləri arasındadır.
Cənubi Koreyanın “Rönhap” agentliyinin məlumatına görə, hazırda Şimali Koreyanın 150 nüvə başlığı var və 2040-cı ilə qədər bu rəqəm 400-dən çox ola bilər.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri