Icma.az
close
up
RU
Dermatoloq xəbərdar edir: Günəş kremi seçərkən bu detala mütləq diqqət edin

Dermatoloq xəbərdar edir: Günəş kremi seçərkən bu detala mütləq diqqət edin

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay aylarında dərini ultrabənövşəyi (UV) şüalardan qorumaq üçün günəş kremindən istifadə mütləqdir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, hər günəş kremi dərinizi qorumaya bilər.

Yenisabah.az xəbər verir ki, dermatoloq Dr. Hatice Zeynep Dinç günəş kremi alarkən təkcə SPF dəyərinə deyil, digər mühüm göstəricilərə də diqqət edilməsinin vacibliyini vurğulayıb.

Dr. Dinç bildirib ki, günəş kremlərində SPF dəyəri yalnız UV şüalarına qarşı qoruma təmin edir. Lakin dərini qocaldan və dərin zədələnmələrə səbəb olan UVA şüalarına qarşı qorunmaq üçün məhsulun üzərində “UVA”, “PA+++” və ya “Broad Spectrum” kimi qeyd olunmuş ifadələrin olması mütləqdir. pizza

“Əgər bir məhsulun üzərində yalnız SPF 50 yazılıbsa, bu o deməkdir ki, siz yalnız günəş yanığından qorunursunuz. Lakin dərinin qırışmasına, ləkələnməsinə və qocalmasına səbəb olan UVA şüalarına qarşı qorunma təmin etmir. Ona görə də SPF ilə yanaşı mütləq UVA qoruması ifadəsini də axtarın” - deyə o bildirib.

Mütəxəssis həmçinin qeyd edib ki, hər dəri növünə uyğun günəş kremi seçilməlidir. Məsələn, sızanağa meyilli və ya yağlı dərilər üçün “non-comedogenic” (gözenəkləri tıxamayan) kremlər seçilməlidir. Həssas dərilər üçün isə spirtsiz və ətirsiz tərkibli məhsullar tövsiyə olunur.

Dr. Dinç bildirir ki, körpələr, uşaqlar və hamilələr üçün fiziki filtrlərlə (mineral əsaslı) günəş kremləri daha təhlükəsiz sayılır. Bu məhsullar dərinin üzərində qalaraq mexaniki qoruma təmin edir və daha az allergik reaksiya riski daşıyır.

Sonda mütəxəssis vurğulayıb ki, günəş kremindən yalnız dəniz kənarında deyil, hər gün, xüsusilə açıq havada olarkən istifadə etmək lazımdır:

“Çöldə 15 dəqiqədən artıq qalmaq planlanırsa, mütləq günəş kremi tətbiq olunmalıdır. Həm UVA, həm də UVB şüalarından qoruyan məhsullar gündəlik istifadə üçün seçilməlidir”.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see301

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see196

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see124

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see123

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri