Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyata və orduya Rusiyanın müharibəni genişləndirmək üçün istifadə etdiyi obyektlərə qabaqlayıcı zərbələr endirməyi əmr edib.
"Report" xəbər verir ki, bu barədə o, öz teleqram kanalında bildirib.
Prezidentin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərini digər istiqamətlərdən çıxararaq Moskvaya, Valdaya və Krım körpüsünə daha yaxın yerlərdə cəmləşdirir.
"Təkcə Moskva regionuna onlar S-400, S-500 və "Pantsir" sistemləri üçün yüzlərlə buraxılış qurğusu yerləşdirilib. Rusiyanın digər regionlarından Valdaya 90-a yaxın HHM buraxılış qurğusu cəmləşdirilib, Rusiya rəhbərliyinin rahatlığını qorumaq üçün orada həmçinin xüsusi HHM diviziyası formalaşdırılır", - Zelenski bildirib.
Onun sözlərinə görə, artıq Rusiyanın 60-dan çox regionunda yanacaq qıtlığı, eləcə də benzin və dizelin qiymətlərində kəskin artım müşahidə olunur. Zelenski bildirib ki, Ukraynanın əməliyyatları, o cümlədən Krımdakı əməliyyatlar dəqiq hesablanıb. "Əgər Ukrayna tərəfdaşlarla haqqında danışdıqlarımızı əldə edərsə, o zaman biz operativ şəkildə elə şərait təmin edəcəyik ki, Rusiya sülhü seçməyə məcbur qalsın", - Ukrayna lideri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:267
Bu xəbər 25 İyun 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















