Icma.az
close
up
RU
“Qabiliyyət imtahanı jurnalistikada peşəkarlığı ölçə bilməz” CEYHUN ALIŞLIDAN RƏY

“Qabiliyyət imtahanı jurnalistikada peşəkarlığı ölçə bilməz” CEYHUN ALIŞLIDAN RƏY

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanda jurnalistika fakültəsinə qəbul prosesi son illərdə qabiliyyət imtahanı ilə müşayiət olunur. Bu imtahanın məqsədi abituriyentlərin peşəyə yararlılığını əvvəlcədən müəyyən etmək kimi təqdim edilir. Lakin tətbiqindən illər keçməsinə baxmayaraq, bu imtahanın effektivliyi və nəticələri barədə ictimai müzakirələr davam edir”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında “Teleqraf İnformasiya Agentliyi”nin redaktoru, təhlilçi-jurnalist Ceyhun Alışlı jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanları barədə danışarkən deyib:

“Əvvəlki illərin təcrübəsi ilə müqayisə isə bəzən bu yanaşmanın nə dərəcədə əsaslı olduğu barədə suallar yaradır. Məlumdur ki, jurnalistika ixtisasına qəbul üçün uzun illər belə bir mərhələ mövcud olmayıb. Burada əsas məqsəd abituriyentin peşəyə uyğunluğunu ölçmək olsa da, praktiki nəticələr gözlənilən səviyyədə deyil. Axı jurnalistika xüsusi qabiliyyət tələb edən sahə sayılmır. Məsələyə müqayisəli yanaşsaq, əvvəlki illərdə qabiliyyət imtahanı vermədən fakültəni bitirib uğurlu karyera quran jurnalistlərin sayı kifayət qədərdir. Onlar yalnız yüksək bal toplamaqla, imtahan nəticələrinə əsasən qəbul olunublar. Məsələn, 2000-ci və ya 2010-cu illərin əvvəllərində jurnalistika fakültəsinə qəbul olan bir çox məzunlar sonradan ölkənin aparıcı televiziya kanallarında, nüfuzlu qəzet və xəbər agentliklərində tanınmış aparıcı, reportyor, redaktor, hətta media menecerlərinə çevriliblər. Onların uğuru qabiliyyət imtahanı keçməmələri ilə bağlı heç bir çatışmazlıq yaratmayıb. Bu şəxslərin peşəkarlığı daha çox fakültədə əldə etdikləri nəzəri bilik, təcrübə dərsləri və sonrakı illərdə işlədikləri yerlərdə özünüinkişaf nəticəsində formalaşıb”.

Jurnalist onu da vurğulayıb ki, son illərdə qabiliyyət imtahanından keçərək fakültəni bitirən məzunların ümumi bilik səviyyəsi əvvəlki illərin məzunları ilə müqayisədə ciddi fərqlilik göstərmir:

“Onların böyük hissəsi iş həyatına başlayarkən eyni başlanğıc nöqtəsindən çıxış edir, hətta çox vaxt əvvəlki illərin məzunlarından öyrənməyə ehtiyac duyurlar. Misal üçün, tanıdığımız bəzi gənc məzunlar qabiliyyət imtahanından yüksək nəticə toplasalar da, redaksiya mühitində yazı üslubunu formalaşdırmaq, xəbəri operativ hazırlamaq və mənbələrlə işləmək bacarıqlarını məhz iş yerində öyrəniblər. Bu praktika bu gün də davam edir. Digər tərəfdən zəruri bir məsələni də qeyd etməliyəm. Qabiliyyət imtahanının mövcud formatına baxsaq, əsasən yazılı formada keçirilir. Halbuki jurnalist yalnız yazmağı deyil, həm də auditoriya qarşısında sərbəst danışmağı bacarmalıdır. Jurnalistika fakültəsinin məzunları həm də televiziya və radioda çalışırlar axı. Əgər məqsəd abituriyentin peşəyə həqiqi uyğunluğunu müəyyən etməkdirsə, onda sərbəst mövzu ətrafında şifahi nitq bacarığını da ölçmək vacibdir. Əks halda, yalnız yazılı imtahan keçirməklə abituryentin təqdimat qabiliyyəti barədə obyektiv nəticə çıxarmaq mümkün deyil. Bundan başqa, mövcud yanaşma ilə müqayisə aparsaq, gərək tərcümə fakültəsinə qəbul olan abituriyentlərdən də oxuyacaqları dil ixtisası üzrə əvvəlcədən qabiliyyət imtahanı götürülsün. Düşünürəm ki, bu yanaşmaya yenidən baxmaq, nəzərdən keçirmək lazımdır. Hesab edirəm ki, tələbə bütün bacarıqlarını fakültədə aldığı təhsil, praktika və özünün fərdi hazırlığı ilə formalaşdırır”.

Ceyhun Alışlının fikrincə, jurnalistika peşəsinə uyğunluq bir neçə dəqiqəlik yazı tapşırığı və ya formal sual-cavabla obyektiv şəkildə qiymətləndirilə bilməz:

“Bu peşə üçün əsas dəyərləndirmə tələbənin təhsil müddətində qazandığı biliklər, praktik bacarıqlar, yaradıcılıq təcrübəsi və şəxsi təşəbbüskarlığı ilə müəyyən olunur. Qabiliyyət imtahanının hazırkı formatı isə bu inkişafı əvvəlcədən proqnozlaşdırmaqda uğurlu mexanizm sayıla bilməz.

Fikrimcə, qabiliyyət imtahanı sadəcə formal bir mərhələ olaraq qalacaq və nəticələrdə ciddi fərq yaratmayacaq. Nəticədə ciddi fərq yaratmayacaqsa, belə bir mərhələnin tətbiqi həm abituriyentlər, həm də qəbul prosesini təşkil edən qurumlar üçün əlavə vaxt və resurs itkisinə çevrilir. Əgər məqsəd yalnız formal bir filtr yaratmaqdırsa, təbii ki, bu, peşəyə real töhfə verməyəcək.

Yenə də bu fikrimdə qalıram ki, daha çox diqqət tələbənin fakültədə aldığı təhsilin keyfiyyətinə, praktiki məşğələlərin gücləndirilməsinə və media mühitinə uyğun kadr hazırlığına yönəldilməlidir. Ancaq belə olduğu halda məzunların peşəkarlığında həqiqi inkişaf yarada bilərik”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri