Icma.az
close
up
RU
Qabiliyyət imtahanı qaydalarında DƏYİŞİKLİK: Abituriyentləri nələr gözləyir?

Qabiliyyət imtahanı qaydalarında DƏYİŞİKLİK: Abituriyentləri nələr gözləyir?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, 2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanlarının şərtləri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, abituriyentlər buraxılış imtahanında müəyyən balı topladıqda bu imtahanlara buraxılacaqlar.

Bu dəyişikliyin hansı müsbət və mənfi yönləri olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2024-cü illə müqayisədə bu il buraxılış imtahanlarında 150 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayının 10 min nəfər artması, obyektiv olaraq V ixtisas qrupu üzrə ixtisaslara olan tələbatı və rəqabəti artırıb.

Onun sözlərinə görə, bu artım fonunda Dövlət İmtahan Mərkəzinin imtahanlar keçirildikdən sonra müsabiqə şərtini artıraraq keçid balını bəzi ixtisaslarda 60 baldan 70 və 80 bala qaldırması prinsipial və hüquqi baxımdan ciddi tənqidə məruz qalmalıdır:

"Müsabiqə şərtləri qəbul kampaniyasının əvvəlində, abituriyentlər ixtisas seçimlərinə başlamazdan əvvəl rəsmi şəkildə elan edilməlidir. Bu, həm “Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nın, həm də DİM-in özünün təsdiqlədiyi illik qəbul planı və təlimatların əsas prinsiplərindən biridir. İmtahan keçirildikdən, nəticələr elan olunduqdan sonra müsabiqə şərtinin dəyişdirilməsi abituriyentin hüququnun pozulması, qəbul prosesinin qanunvericiliyə uyğun olmayan şəkildə yönləndirilməsi və planlı şəffaflığın pozulması deməkdir. Qanunvericiliyin “təhsilə çıxışın bərabərliyi və şəffaf müsabiqə əsasında təmin olunması” prinsipinə ziddir (bax: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 5.2)".

Ekspert qeyd edib ki, bu hal xüsusilə V ixtisas qrupu üzrə idman yönümlü ixtisaslara təsir göstərib:

"Belə ki, 2024-cü ildə “Məşqçilik” üzrə ixtisaslarda keçid balı 60 idi, lakin 2025-ci ildə bu rəqəm 70 bala, “Ümumi fiziki hazırlıq”, “Kütləvi sağlamlaşdırıcı idman” və “Fiziki tərbiyə müəllimliyi” ixtisaslarında isə 80 bala qədər artırılıb. Bu dəyişiklik abituriyentlərin psixoloji və strateji hazırlığını pozur. Şagirdlər bəzən məhz bu ixtisaslara uyğun hazırlıq planlaşdırıb, əlavə qabiliyyət imtahanlarına da qatılırlar, lakin nəticədə müsabiqə meyarı sonradan dəyişdiyi üçün bu səyləri boşa çıxır".

Kamran Əsədov: Bu, ölkənin idman və fiziki tərbiyə sahəsində kadr çatışmazlığını da dərinləşdirəcək

Müsahibimizin sözlərinə görə, məsələnin ikinci tənqidə açıq tərəfi statistikadan sui-istifadə edilməsidir:

"150-dən yuxarı bal toplayanların sayının artması o demək deyil ki, bu artım bərabər şəkildə bütün ixtisas qruplarına və regionlara yayılıb. Ola bilər ki, bu artım əsasən I və IV ixtisas qruplarında toplanıb, lakin DİM bütün qruplara eyni “rəqabət artdı” yanaşması tətbiq edir. Bu isə sosial və pedaqoji ədalətsizlik yaradır. Xüsusilə rayon məktəblərində oxuyan, fiziki hazırlığı olan, lakin akademik bal toplamaqda çətinlik çəkən şagirdlərin bu qruplara daxil olması çətinləşdirilir. Yəni praktiki və fiziki qabiliyyəti olan gənclər, artıq sırf akademik bal baryerinə görə sistemdən kənarda qalırlar.

Əsədov bildirib ki, bu sahə üzrə yer alan gənclərin bir çoxu sosial həssas təbəqədən olan ailələrin övladlarıdır. Onların imtahanda 500+ bal toplaması gözlənilmir, lakin fiziki və metodik hazırlıq səviyyəsi yüksəkdir.

“Keçid balının sonradan qaldırılması həmin gəncləri təhsil sistemindən kənarlaşdırmaqla yanaşı, ölkənin idman və fiziki tərbiyə sahəsində kadr çatışmazlığını da dərinləşdirəcək",- deyə Kamran  Əsədov qeyd edib.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri