Icma.az
close
up
RU
Qaçmaq, ya döyüşmək? Hollivud ulduzları ABŞdə vətəndaş müharibəsinə hazırlaşırlar

Qaçmaq, ya döyüşmək? Hollivud ulduzları ABŞdə vətəndaş müharibəsinə hazırlaşırlar

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də Donald Trampın seçkidə qələbəsindən sonra yerli liberallar arasında narahatlıq əhvali-ruhiyyəsi kütləvi şəkildə artır.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, bu fonda bəziləri ölkədən qaçır, digərləri isə sağ qalma kurslarına yazılır, silah alır, evlərini, maşınlarını zirehləyirlər. Çünki get-gedə daha çox ölkə sakini hesab edir ki, Birləşmiş Ştatlarda yeni vətəndaş müharibəsinə qədər çox az qalıb.

Qaç, Forest, qaç

"Prezident Tramp 2.0 mənim hazır olduğum şey deyildi. Nəticələri görəndə düşündüm: "Qaç, Forest, qaç!" Mən də məhz bunu etdim", - deyə Hollivud əfsanəsi Tom Henks sosial şəbəkə hesabında yazıb.

Bir çox digər ulduzlar da oxşar əhvali-ruhiyyə yaşayırlar.

Qeyd edək ki, seçki zamanı Hollivud, demək olar ki, tam tərkibdə demokratlardan olan namizəd Kamala Harrisi dəstəkləyib.

Robert De Niro və Harrison Ford, Arnold Şvartsenegger və Meril Strip onun dəstəyi üçün videolar çəkiblər. Corc Kluni onun kampaniyası üçün fəal şəkildə vəsait toplayıb, Beyonse, Cennifer Lopes və digər şou-biznes ulduzları onunla mitinqlərdə çıxış ediblər.

Bəziləri, hətta seçicilərə söz veriblər: "Əgər Tramp qələbə qazansa - məni bir daha ABŞ-də görməyəcəksiniz!"

Ölkədən qaçacaqlarını aktyor Riçard Gir, aktrisa Vupi Qoldberq, müğənnilər Şer və Mayli Sayrus, repçi Snup Doq vəd ediblər.

Tom Henks kimi bəziləri həqiqətən çamadanlarını yığıb gedib. Məsələn, Riçard Gir iki il əvvəl aldığı Konnektikutdakı malikanəsini 10.75 milyon dollara satıb və həyat yoldaşının vətəni İspaniyaya köçüb.

Lakin belə nümunələr çox azdır. Məsələn, Samuel L.Cekson hələ Trampın birinci müddətində getməyi vəd etmişdi, amma hələ də Kaliforniyada yaşayır. O cümlədən "Yupiterə uçmaq" istəyən müğənni Şer, Kanadaya qaçmaq istəyən reper Snup Doq kimi bir çox ulduz heç nə olmamış kimi davranmağı qərara alıb.

Amerikalı relokantlar

ABŞ cəmiyyətində də narahatlıq artır. Demokratlar və respublikaçıların heç bir ortaq məxrəcə gələ bilmədiyi görünməmiş siyasi qütbləşmənin vətəndaş müharibəsinə çevriləcəyindən qorxan insanların sayı çoxalıb.

CNBC kanalı varlı vətəndaşların sayının kəskin artdığı barədə məlumat verib. Səbəb siyasi sarsıntılardan qorxmaqdır.

"Arton Capital" şirkətinin sorğusuna görə, ABŞ milyonerlərinin 53%-i prezident seçkisinin nəticələrindən asılı olmayaraq ölkəni tərk etməyi planlaşdırır. Onların əksəriyyəti 18-29 yaş arası milyoner gənclərdir.

Ən çox tələbat Avropayadır. Lakin bəzi varlı müştərilər üçüncü dünya müharibəsinin başlayacağından qorxur və ona görə də daha etibarlı sığınacaq axtarırlar.

"Mən bunu bir çox insanla söhbətlərdə daim eşidirəm. Birdən yeni vətəndaş müharibəsi başlayar? Ya varlılara qarşı üsyanlar başlayar? Ya da yeni dünya müharibəsi?" - deyə "LinkedIn"in qurucusu Rid Hoffman "New Yorker" jurnalına danışıb.

Onun sözlərinə görə, Silikon Vadisinin milyarderləri arasında bunker sahibi olmaq "Ferrari" sahibi olmaq qədər adiləşib.

Vadinin çoxlu milyarderi Yeni Zelandiyada torpaq alıb. Onlar inanırlar ki, gələcək dünya Armageddonu adaya çatmayacaq. Bəziləri planetin ən çətin əlçatan guşələrində, məsələn, Atakama səhrasında, ya da İsveçrə Alplarında sığınacaq tikir.

Silahlan və möhkəmlən

Vətəndaş müharibəsi qorxusu adi vətəndaşlar arasında da artır. Əlbəttə ki, onların əksəriyyəti bahalı köçü özlərinə rəva görə bilmirlər, ya da sadəcə getmək istəmirlər. Onlar silah alır, sağ qalma kurslarına yazılır və evlərini möhkəmləndirirlər.

İnsanlar silah və alətlərdən istifadə etməyi, əldə olan materiallardan sığınacaq tikməyi, kamuflyajdan istifadə etməyi, kompas və xəritələrlə ərazidə istiqamətlənməyi, həmçinin ilk yardım göstərməyi öyrənirlər.(Oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Noyabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri