Icma.az
close
up
RU
Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi

Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Laçın rayonunun Arduşlu kəndindən olan Şahin və Vüqar Qədirov qardaşları tərəfindən Feysbuk sosial şəbəkəsində şəxsi hesablarında son günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialardan, eləcə də Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdən ibarət statuslar paylaşılıb.

Axar.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

İlkin olaraq bildiririk ki, Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti olaraq qeydiyyata alınıb:

“O, dövlət tərəfindən mənzillə təmin olunması üçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət etmiş və rəhbərlik tərəfindən qəbul edilərək dinlənilmişdir. Müraciət müəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı və məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı barədə rəsmi olaraq məlumat verilmişdir.

Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o, 2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən qəbul edilmişdir. Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb etmişdir.

Komitədə fəaliyyət göstərən “Daimi Məskunlaşma Komissiyası”nın üzvləri tərəfindən aparılmış araşdırma zamanı Ş.Qədirovun həyat yoldaşından rəsmi qaydada boşandığı və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən olunmuşdur. Bu bərədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılmışdır.

Bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinə yetirilmədiyini görən Şahin Qədirov, qardaşı Vüqar Qədirovla birgə Dövlət Komitəsinin və onun vəzifəli şəxsinin ünvanına şər və böhtan xarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarında paylaşmış, öz maraqlarını təmin etmək üçün ictimai çaşğınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd etmişlər.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılmasının Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaratdığını vətəndaşların diqqətinə çatdırır və onların qanunazidd hərəkətləri ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Aprel 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri