Icma.az
close
up
RU
QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə sosial şəbəkələrin 16 yaşından kiçiklər üçün qadağan edilməsi ilə bağlı təşəbbüs gündəmdədir. Dünyada da oxşar addımlar atılır.
Bizim.Media xəbər verir ki, Avstraliya artıq belə məhdudiyyəti tətbiq edərək 16 yaşdan aşağı şəxslərin sosial şəbəkə hesabı açmasını qadağan edib. Fransada isə 15 yaşdan kiçiklər yalnız valideyn razılığı ilə sosial şəbəkələrə daxil ola bilirlər. Norveç hökuməti yaxın illərdə minimum yaş həddini 15 olaraq təsbit etməyi planlaşdırır. Birləşmiş Krallıqda qəbul edilən Online Safety Act çərçivəsində isə uşaqların zərərli məzmundan qorunması üçün yaş təsdiqi və valideyn nəzarəti mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, belə məhdudiyyətlər uşaqların psixoloji sağlamlığı baxımından vacibdir.
Onlar bildirirlər ki, erkən yaşda sosial şəbəkələrdən istifadənin mənfi nəticələri – özünə hörmətin azalması, narahatlıq, yuxu pozuntuları və sosial təzyiq halları – getdikcə daha çox müşahidə olunur. Tədqiqatlar göstərir ki, 13 yaşlı istifadəçilər böyüklərlə müqayisədə daha tez və daha çox zərərli məzmunla qarşılaşırlar.
Bununla yanaşı, ekspertlər formal qadağaların praktikada tam nəticə vermədiyini də qeyd edirlər. Uşaqlar çox vaxt yaşlarını saxtalaşdıraraq və ya gizli yollarla sosial şəbəkələrə daxil ola bilirlər. Buna görə də, yaş məhdudiyyətləri ilə yanaşı, valideyn nəzarəti və maarifləndirmə tədbirlərinin də mühüm rol oynadığı vurğulanır.
Beləliklə, sosial şəbəkələrin azyaşlılara təsiri dünya miqyasında ciddi müzakirə mövzusuna çevrilib və getdikcə daha çox ölkə bu sahədə sərt addımlar atmağa başlayır. (Musavat.com)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Sentyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri