Icma.az
close
up
RU
“Qadağalardan daha çox, internet istifadəsi ilə bağlı məhdudiyyətlərin tətbiqi daha məqsədəuyğun ola bilər”

“Qadağalardan daha çox, internet istifadəsi ilə bağlı məhdudiyyətlərin tətbiqi daha məqsədəuyğun ola bilər”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilir. Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi üçün müzakirələr aparılmalıdır. Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu təklifə növbəti sessiyada baxılması nəzərdə tutulur.16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağalar uşaqların sosiallaşmasına mənfi təsir yarada bilərmi?Problem platformalardadır, yoxsa nəzarətsiz istifadədə?Qadağa, yoxsa maarifləndirmə daha effektivdir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Naib Niftəliyev bildirib ki, məsələnin həlli üçün ilk növbədə effektiv mexanizmlər olmalıdır: “Bu məsələ Avropada da müzakirə olunur və müxtəlif yanaşmalar nəzərdən keçirilir. Azərbaycan da bu baxımdan istisna deyil. Hazırda müəyyən qadağa və məhdudiyyətlər mövcuddur, lakin 16 yaşına qədər olan uşaqlarla bağlı yaş məsələsində daha həssas və düşünülmüş yanaşma tələb olunur. Burada tam qadağalardan daha çox, müəyyən çərçivələrin -saat və vaxt limitlərinin, internet istifadəsi ilə bağlı məhdudiyyətlərin tətbiqi daha məqsədəuyğun ola bilər.

Bu məsələnin həlli üçün ilk növbədə effektiv mexanizmlər hazırlanmalıdır. Təkcə qadağa tətbiq etməklə nəticə əldə etmək çətindir. Əgər sosial şəbəkələrin özləri, məsələn, “Facebook” kimi platformalar yaş məhdudiyyətlərini real şəkildə tətbiq etmirsə, bizim bu səviyyədə qoyulan qadağalar gözlənilən effekti verməyə bilər. Çünki 16 yaşına çatmamış yeniyetmələr bu məhdudiyyətləri müxtəlif yollarla faydalanmağa çalışacaqlar.

Bu istifadənin həm müsbət, həm də mənfi tərəfləri ola bilər və bəzən ictimai maraqlara uyğun gəlməyə də bilər. Ona görə də sosial şəbəkələrdən istifadənin ictimai maraqlara uyğun olması üçün istifadəçilərin, xüsusən uşaqlar və yeniyetmələrin tam məlumatlı, şüurlu və məsuliyyətli davranması vacibdir. Qadağalardan daha çox, sosial şəbəkələrdən düzgün istifadə qaydaları ilə bağlı məktəblərdə təlimatların verilməsi, bu istifadənin faydalarının konkret nümunələrlə izah edilməsi önəmlidir.

Eyni zamanda yaş həddinin niyə müəyyən edildiyi, hansı yaşda hansı platformalardan və nə qədər istifadə etməyin məqsədəuyğun olduğu, vaxt bölgüsünün necə aparılmalı olduğu barədə uşaqlar, yeniyetmələr və ümumilikdə bütün yaş qrupları üçün sosial maarifləndirici işlər aparılmalıdır”.

Naib Niftəliyev

Naib Niftəliyev vurğulayıb ki, sərt qadağalar əlavə sanksiyalara, ziddiyyətlərə və yeni problemlərin yaranmasına səbəb ola bilər: “Bu yaş limitinin müəyyən edilməsi, ümumilikdə hansı yaşa qədər hansı vasitələrdən və necə istifadənin məqsədəuyğun olması, eləcə də vaxt bölgüsü ilə bağlı uşaqlar və yeniyetmələr, eyni zamanda bütün yaş kateqoriyalarına aid insanlar üçün sosial maarifləndirici işlər mütləq aparılmalıdır. Bu yanaşma sosial siyasətin və sosial praktikanın tərkib hissəsi hesab edilə bilər.

Bununla yanaşı, mən sərt qadağaların tərəfdarı deyiləm. Çünki sərt qadağalar əlavə sanksiyalara, ziddiyyətlərə və yeni problemlərin yaranmasına səbəb ola bilər. Məsələnin sanksiyalarla həlli əvəzinə, müəyyən çərçivələrin və məhdudiyyətlərin düşünülməsi daha məqsədəuyğundur. Məhrumiyyətlərdən çox, balanslı və nəzarət olunan mexanizmlər tətbiq edilməlidir.

Xüsusilə nəzərə almaq lazımdır ki, əgər uşaqların telefonlardan istifadəsinə real nəzarət olunmursa və valideynlər özləri də bəzən uşaqlara telefon və oyunlardan sərbəst istifadə imkanı yaradırsa, tətbiq edilən məhdudiyyətlər tam effektiv olmayacaq. Yetkin və şüurlu yeniyetmələr istənilən halda qadağaları aşmaq üçün müxtəlif yollar tapa bilirlər. Bu halların qarşısını kütləvi şəkildə almaq çətindir.

Məsələn; siqaretlə bağlı mövcud qadağalara baxmayaraq, onları aşan kifayət qədər insan var. Eyni vəziyyət sosial şəbəkələrlə bağlı məhdudiyyətlərdə də müşahidə oluna bilər. Buna görə də əsas məsələ qadağa qoymaqdan daha çox, effektiv və işlək mexanizmlərin hazırlanmasıdır”.

Günel Həsənova, Bizimyol,info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri