Icma.az
close
up
RU
Qadağalardan əməkdaşlığa doğru: İlham Əliyevin “Vaşinqton möcüzəsi” və “907 nömrəli zəfər”

Qadağalardan əməkdaşlığa doğru: İlham Əliyevin “Vaşinqton möcüzəsi” və “907 nömrəli zəfər”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin 8 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Trampın vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanla sülh müqaviləsi mətnini paraflandırması bütün dünyada ciddi müzakirə mövzusuna çevrildi. Söhbət 30 ildən çox davam edən hərbi qarşıdurmaların səngiməsi, tərəflər arasındakı problemin siyasi müstəvidə birfədəlik tənzimlənməsindən gedirdi.

Qürurvericidir ki, Prezident İlham Əliyev Donald Trampın dəstəyi ilə özünün uzunmüddətli səylərini məntiqi sonluğa çatdıra bildi və bununla sübut etdi ki, o, müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir.

Lakin ABŞ səfərində İlham Əliyevin imza atdığı başqa bir uğur da var idi ki, bu da vaxtiylə Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin ləğvi idi. Prezident İlham Əliyev uzaqgörən siyasəti, Tramp administrasiyası ilə apardığı mütəmadi görüş və danışıqlar nəticəsində bu düzəlişin böyük ölçüdə aradan qaldırılmasına nail oldu. Artıq bununla bağlı Tramp rejiminin mövqeyi aydındır. Fəqət bu düzəlişin tamamilə ortadan qalxması üçün ABŞ Konqresi də müvafiq qərar verməli, bununla da uzun müddətdir  davam edən problemin kökündən həllini təmin etməlidir. Prezident İlham Əliyev bugünlərdə yerli telekanallara verdiyi müsahibədə bu barədə deyib:

“...indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir”.

Göründüyü kimi, dövlət başçısı 907-ci düzəlişin tamamilə ləğvini Azərbaycanla ABŞ arasındakı münasibətlərin inkişafında mühüm dönüş nöqtəsi hesab edir və bildirir ki, bu düzəlişin ləğvi üçün Tramp Administrasiyası Konqresə təsir imkanlarından istifadə etməlidir.

907-ci düzəlişin ləğvi Azərbaycana nə verir?

907-ci düzəlişin ləğvi Azərbaycan üçün həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan mühüm əhəmiyyətə malikdir.

Bu düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında siyasi-diplomatik münasibətlərdəki sonuncu əngəli də ortadan qaldıracaq, qarşılıqlı inam və etimadın möhkəmlənməsinə yol açacaq. Ən əsası, məlum düzəlişin ləğvi Azərbaycana dünyanın 1 nömrəli super gücü olan ABŞ-dan birbaşa maliyyə və hərbi yardımlar almağa imkan verəcək.

Bundan başqa, Prezident İlham Əliyevin Vaşiqntona səfəri zamanı ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair Memorandum imzalandı ki, bu Memorandum enerji, ticarət, tranzit, rəqəmsal sahə, sərmayələrlə yanaşı, həm də müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığı əhatə edir.

Artıq əminliklə demək mümkündür ki, Azərbaycan-ABŞ münasibətləri hərbi qadağa və siyasi qarşıdurmalardan hərbi və diplomatik əməkdaşlıq müstəvisinə keçir. Bu isə Cənubi Qafqazda öz liderlik mövqeyini möhkəmləndirməkdə israrlı olan Azərbaycan üçün həyati əhəmiyyətə malikdir.

Artıq əminliklə demək olar ki, Azərbaycan bundan sonra öz Silahlı Qüvvələrini həm nəzəri-praktiki, həm maddi-texniki baxımından daha uğurla təchiz edəcək, bu məsələdə bir çox qabaqcıl dövlətlərlə yanaşı, ABŞ-ın imkanlarından da faydalanacaq.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri