Icma.az
close
up
RU
Dünyada absurd, SSRİ də norma sayılan hallar əcnəbilər qadağalardan şoka düşüblər

Dünyada absurd, SSRİ də norma sayılan hallar əcnəbilər qadağalardan şoka düşüblər

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

SSRİ-yə səfər edən əcnəbilər ölkədə bəzi qadağalardan mədəni sarsıntı yaşayıblar. Sovet vətəndaşlarının özləri də hər şeydən məmnun olmayıblar. Məsələn, məktəbi götürək. Oğlanlara uzun saç, cins şalvar, hətta saat taxmaq qadağan edilib. Belə saçlar səliqəsiz “görünüb”, cins şalvarlar kapitalist dəbi sayılıb və saatlar təmtəraq əşyası hesab edilib, hər məktəblinin saat taxmaq imkanı olmayıb.

Qızlara təkcə dodaqlarını deyil, kirpiklərini də boyamaq qadağan edilib. Saçlarını boyayanları məktəb iclasında biabır etmək vacib sayılıb. Halbuki vəzifədə olan şəxslərin övladları xüsusi məktəblərdə təhsil aldıqları üçün Qərb “stili” onlar üçün norma olub.

1950-ci illərin sonlarından dəmir pərdə açılmağa və Sovet İttifaqına xarici turistlər gəlməyə başlayıb. Avropadan və ABŞ-dən gələn qonaqlarda çox fərqli təəssürat yaranıb – inamsızlıq və qorxudan tutmuş səmimi heyranlığa qədər. Ancaq yerli sakinlərin etiraz etmədən müşahidə etdikləri sərt sovet qaydaları və məhdudiyyətləri, demək olar ki, hər kəsi təəccübləndirib. Odur ki, SSRİ-yə gələn əcnəbilər tez-tez qarşılaşdıqları çoxsaylı məhdudiyyətlərdən şoka düşüblər. Onlara qəribə, hətta absurd görünən şey sovet ölkəsində normal sayılıb.

Məsələn, seçdiyin şəxs əcnəbidirsə, onunla evlənmək necə qadağan edilə bilər? Hökumət hesab edib ki, bu insanların sayının azalmasına gətirib çıxaracaq. Çünki II dünya müharibəsi zamanı 26 milyon 600 min sovet insanı həlak olduqdan sonra vətəndaşların xaricə daimi yaşamaq üçün getməsinə icazə verilməyib.
Əsas səbəblərdən biri də o olub ki, taleyini əcnəbi ilə bağlayanlar tam əksəriyyəti SSRİ-də qalmaq istəməyib. Digər tərəfdən, Sovet İttifaqında demoqrafiya ilə bağlı problemlər həmişə olub. İnsanların sayını çoxaltmaq barədə düşünən ölkə rəhbərliyi müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçiriblər.

Daha bir təəccüblü məqam işləmək istəməyənlərin həbs edilməsi olub. SSRİ-də hamı işləmək məcburiyyətində olub. Tələbə universiteti bitirdikdən sonra müvafiq mövqeyə təyinat alıb. Problem ondadır ki, həmin zavodda sənin vəzifəndə kiminsə qohumu və yaxını işləyib. Təyinat vərəqəsinə isə baxan olmayıb və gənc ağır işlərə mənəvi basqılar altında cəlb edilib. Çoxları isə buna dözməyərək içki aludəçisinə çevrilib.
SSRİ-də xarici valyutaya sahib olmaq yasaqlanıb. Mərkəzi qəzetlər mütəmadi olaraq rublun, dolların məzənnəsini dərc ediblər. Hətta 1970-ci illərdə 1 dollar rəsmi olaraq 80 qəpik olub. SSRİ vətəndaşlarına xarici valyutaya sahib olmaq və ya dəyişdirmək həbs də daxil olmaqla ağır cəzalarla nəticələnib. Onlara “valyuta alverçisi” adı qoyulub, bu işdə ilişənlərin çoxuna güzəşt olmayıb. Dövlət Qərb iqtisadiyyatının təsirinin qarşısını almaq üçün valyuta əməliyyatlarına nəzarət etməyə çalışıb. Amma müəyyən vətəndaş kateqoriyaları xarici valyutanı sərbəst əldə edə bilib.

Bundan başqa, SSRİ-də kişilər müəyyən xarici görünüş standartlarına riayət etməli olublar. Uzun saç, saqqal və qeyri-standart saç düzümü birmənalı qarşılanmayıb və həm cəmiyyət, həm də hakimiyyət tərəfindən mənfi reaksiyaya səbəb olub. Kişilərin zinət əşyaları, xüsusən də sırğa taxması yolverilməz sayılıb. Görünüşün bu cür elementləri Qərb mədəniyyəti ilə əlaqəli hesab edilib, fərqli fikir və ya hətta deviant davranışın təzahürü kimi göstərilib.

Ən qəribə münasibət isə solaxay insanlara qarşı olub. Sol əli ilə yazan uşaqlar tez-tez sağ əllərini istifadə etməyə öyrədiliblər. Bu, standart alət və avadanlıqların unifikasiyası və istifadəsinin asanlığı arzusu ilə izah edilib. Karate və bodibildinq kimi bəzi idman növləri isə potensial təhlükəli və ya fərdiyyətçilik üçün əlverişli hesab edildiyi üçün qadağan edilib və ya məhdudlaşdırılıb. Bunun əvəzinə kollektivçi ideologiyaya uyğun idman növləri təşviq edilib.

Malları ucuz qiymətə alıb baha satmaq cəhdi mənfi qarşılanıb və həmin şəxslər ciddi şəkildə cəzalandırılıb. Belə fəaliyyət sosialist prinsiplərinə zidd olub və cinayət məsuliyyəti yaradıb. Bütün hallarda bu qadağalar sovet dövlətinin vətəndaşların həyatının müxtəlif sahələrinə nəzarət etmək və dövrün ideoloji standartlarına uyğun cəmiyyət formalaşdırmaq istəyini əks etdirib.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri