Qadın ambulansda doğuş edib
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Füzulidə qadın təcili tibbi yardım avtomobilində doğuş edib.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub.
Hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib.
Yenidoğulmuşun çəkisi 3,5 kq, boyu 53 sm. olub. Zahı qadın və yenidoğulmuş Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Hazırda ana və körpənin vəziyyəti stabildir.
Bu mövzuda digər xəbərlər:Öldüyü deyilən qadın ambulansda dirildi
30 Mart 2026 12:08
Gəncədə qadın doğuş zamanı öldü
06 Mart 2025 08:25
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?
28 Avqust 2025 12:11
Cəlilabadda evdə doğuş edən qadın ÖLDÜ
20 Mart 2025 21:01
20 yaşlı qadın doğuş zamanı öldü
16 Noyabr 2024 12:21
Baxış sayı:110
Bu xəbər 14 Avqust 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















