Icma.az
close
up
RU
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?

Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

İki gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə Azərbaycanda üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub. Doğuşlardan ikisi Bakıda, biri isə Quba rayonunda gerçəkləşib. Bir neçə gün əvvəl də ana Bakı metrosunda doğuş həyata keçirmiş və hadisə geniş reklam olunmuşdu. 

Qaynarinfo-nun məlumatına görə, TƏBİB-in yaydığı son məlumat insanlar tərəfindən fərqli reaksiyalar doğurub. 21-ci əsrdə hələ də belə halların baş verməsi birmənalı qarşılanmayıb. 


Məsələ burasındadır ki, Azərbaycanda dövlət büdcəsindən hər il TƏBİB-ə və Səhiyyə Nazirliyinə Respublika üzrə universal-proqressiv patronaj xidmət göstərilməsi üçün milyonlarla vəsait ayrılır. 

TƏBİB-in saytında da qeyd olunur ki, əhaliyə göstərilən ilkin tibbi-sanitariya yardımı xidmətinin keyfiyyətinin yüksəldilməsi, hamilə və zahı qadınlar arasında yarana biləcək xəstəliklərin və ağırlaşmaların qarşısının alınması məqsədilə ölkə ərazisində universal-proqressiv patronaj modeli tətbiq edilir. Rəsmi açıqlamalara inansaq:

- TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq Əmrinin icrası məqsədilə təyin edilmiş tibbi ərazi bölmələri üzrə patronaj xidmətinin təşkili və nəzarətini təmin edən 42 nəfər kurator və təlimçilərə beynəlxalq ekspertərin iştirakı ilə təşkil edilmiş Təlimçilərin Təlimi (ToT) kursu keçirilərək, onlara sertifikatlar verilib;


- respublika üzrə 51 nəfər rayon mərkəzi xəstəxanalarının direktorları və 674 nəfər ilkin səhiyyə xidməti üzrə rəhbər şəxslərlə görüşlər keçirilib;


- "Rayon (Şəhər) Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslərin rəhbərlərinin əmri ilə ölkənin hər bir yaşayış məntəqəsi üzrə patronaj üzrə məsul şəxslər təyin edilib;


- tədbirlər planına uyğun öhdəliklərin vaxtında, keyfiyyətlə icra edilməsi və göstərilmiş xidmətin hesabatlılığının aparılması və ümumiyyətlə universal-proqressiv patronaj modelinin aparılma qaydaları mövzularında təlimlər keçirilib;


- Təlimlərdə 3291 patronaj tibb bacısı və sahə mamaları, 1139 nəfər həkim-pediatr, 13 nəfər həkim-mama-ginekoloq iştirak edib. 5236 nəfər tibb işçisi "eudi.az” saytı üzərindən onlayn təlimlərdən keçərək patronaj üzrə sertifikatlar əldə edib;


- Cari il üzrə hamilələrin 84%-i, zahı qadınların isə 92%-i patronaj xidməti ilə əhatə olunub (!!!) və s. 


Amma hər nə sirdirsə, patronaj xidmətinin "yüksək səviyyəli" təşkili tam əks nəticələr verməyə başlayıb- hamilə xanımların ağırlaşmaların qarşısını almaq əvəzinə, tam əksi təbliğ olunur. Əks halda, TƏBİB sözügedən məlumatları niyə bəh-bəhlə tirajlasın ki?

Azərbaycanda tibb sahəsində çalışan şəxslər də təcili tibbi yardım avtomobilində anaların övlad dünyaya gətirməsinə tənqidlə yanaşıblar. 

Tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında hamilə qadınların metroda, təcili yardım maşınlarında dünyaya uşaq gətirməsini tənqid edib: 


"Hamilə qadın ilə maarifləndirmə işi necə aparılıb ki, doğum gününü bilmir? Onun doğumdan ən azı 2 həftə əvvəl artıq nəzarətdə və diqqətdə olması lazımdır. Bundan başqa, son anda təcili yardımda baş verən doğum hadisəsi onu göstərir ki, xanımlar uşağı evdə dünyaya gətirmək fikrində olub. Son anda hər hansı səbəbdən fikirlərini dəyişiblər. Bu da qəbuledilməz haldır”.

Professor Adil Qeybulla da hesab edir ki, hamiləlik planlaşdırılan olmalıdır:


"Doğum əvvəlcədən planlaşdırlmalıdır, axı ana yoxlanılır. Onun orqanizminin hamiləlik üçün təhlükəsiz olması tam təsdiləndikdən sonra hamiləlik baş verir. Dünyanın hər yerində hamiləliyin  konkret yoxlama protokolu var. Bu, uşağa mütəmadi nəzarətdir. Uşağın inkişafı, anadangəlmə qüsurların olması, döl daxilindəki quruma və onun həyatının davam etməsinin təsdiqi beynəlxalq protokolla təqib edilir. Doğuş sançılarına gəlincə, təəssüflər olsun ki, onu həmişə proqnozlaşdırmaq olmur. Təyyarədə, metroda, təcili yardım maşınları və evdə də belə hadisələr baş verə bilər. Hamilə qadınlar son aylarda daha diqqətli olmalıdırlar. Xüsusi ilə doğuşa yaxın aylarda ki, belə hadisələr baş verməsin. Bəzən doğuş evdə başlayır, qadını xəstəxanaya çatdırmaq olmur. Onu daşıyan təcili yardım maşınları və həkim heyəti buna hazır olmalı, doğuşu təhlükəsiz həyata keçirməyi bacarmalıdır”. 

Mövzu ilə bağlı araşdırmamız davam edəcək.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Avqust 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri